Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında cəbhə xəttində yaralanan hərbçilərimizi ziyarət edib.
Bu barədə AzTV kanalı məlumat yayıb.
“Siz vətən uğrunda vuruşmusunuz, yaralanmısınız. Vətən bunu yüksək qiymətləndirir. Azərbaycan xalqı sizinlə fəxr edir. Ali Baş Komandan kimi sizə minnətdarlığımı bildirirəm”, – Prezident İlham Əliyev deyib.




