Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan bölməsi qondarma “Dağlıq Qarabağ Respublikası”na yardımlar ayırmağa başlayıb.
“News.am” xəbər verir ki, təşkilatın İrəvan bölməsinin rəhbəri Zara Amatuni Dağlıq Qarabağdan 3 min erməninin qaçqın düşdüyünü deyib.
“Hazırki məlumata görə, azı 3 min Qarabağ ermənisi öz evini tərk edib. Bizim Xankəndindəki 15 əməkdaşımız və İrəvandan göndərdiyimiz daha 3 nəfər onlara yardım edir”.




