"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Azərbaycan ordusu ilə hesablaşmamaq olmaz` – Rusiyalı jurnalist

06 Aprel 2016 - 20:34
in XƏBƏR LENTİ

“Rusiya Federasiyası həm Azərbaycan xalqı ilə, həm də erməni xalqı ilə sıx bağlıdır və biz qan tökülməsini istəməzdik. Hərçənd, cəmiyyətimiz parçalanıb – hər birimizin azərbaycanlılar arasında da dostumuz var, ermənilər arasında da. Mənim dostlarım arasında azərbaycanlılar da var, ermənilər də. İstəyirəm ki, bütün siyasi məsələlər sülh yolu ilə həll edilsin”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Rusiyalı məşhur jurnalist, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları şurasının üzvü Maksim Şevçenko bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.

O xatırladıb ki, belə məsələlərin dinc yolla həllinin təməli Minsk deklarasiyası ilə qoyulub. Bu deklarasiyanın əsas bəndləri belədir: erməni qoşunlarının Dağlıq Qarabağ hüdudlarından çıxarılması, qaçqınların qaytarılması və Dağlıq Qarabağın statusu haqqında referendumun keçirilməsi. Mənim fikrimcə, bu, çox ağlabatan platformadır. Bütövlükdə həmin platformanı Bakı da qəbul etmişdi, Yerevan da, lakin sonradan erməni tərəfin təqsiri üzündən bu məsələ pozuldu. Son hadisələrdən sonra mənə belə gəlir ki, Minsk platformasının sadəcə alternativi yoxdur”.

M.Şevçenko vurğulayıb ki, Qarabağda döyüşlər gedən bu günlər ərzində Rusiya göstərdi ki, uğurla başa çatacaq sülh prosesini ən yüksək səviyyədə təşkil etməyə qabil olan yeganə dövlət Rusiyadır. M.Şevçenkonun fikrincə, Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə ən mürəkkəb məsələləri həll etməyi bacarar. Rusiyalı jurnalist deyib: “Pilotsuz uçan zərbə qurğuları Rusiya Federasiyasının silahları arasında da çox deyil. İsraildə istehsal edilmiş pilotsuz uçuş qurğuları çox müasir və yüksək texnologiyalara əsaslanan silahdır. Onların tətbiq edilməsi göstərdi ki, Azərbaycan ciddi hərbi məsələləri həll edə bilir, Azərbaycan qoşunları onilliklər boyu möhkəmlənmiş müdafiə xətti boyunca mövqelər tuta bildilər. Bu ordu ilə hesablaşmamaq olmaz”.

Lakin rusiyalı jurnalistin fikrincə, müasir şəraitdə uzun sürən müharibədə hərbi uğurlar qazanmaq mümkün deyil. M.Şevçenko deyib: “Dağlarda müharibə isə həmişə uzun sürür. Mənim fikrimcə, bir-birini əldən salmaq məqsədi güdən müharibə nə Azərbaycanın xeyrinədir, nə də Ermənistanın. İndi diplomatiya dövrüdür və əminəm ki, Rusiya Qarabağ məsələsinin tənzimlənməsində mühüm rol oynayacaq”.

Jurnalist son hadisələrin Rusiya KİV-lərində qərəzli şəkildə işıqlandırılması barədə sualın cavabında deyib: “Rusiyada müxtəlif KİV-lər var. Jurnalistlər arasında ermənilər də var, məşhur azərbaycanlılar da. Bəzi insanlar bu və ya digər səbəblər üzündən bu və ya digər tərəfə rəğbət bəsləyir. Etnik azərbaycanlılardan və ya ermənilərdən öz tarixi vətənlərini dəstəkləməmələrini tələb etmək çətindir. Təəssüf ki, beynəlmiləlçilik dövrü keçmişdə qalıb, bu gün siyasətin trendləri başqadır. Ümid edirəm ki, həm Azərbaycanda, həm də Ermənistanda bu hadisələri məhdud perspektivli etnik təbliğat baxımından deyil, qlobal proseslər baxımından qiymətləndirən insanlar tapılacaq. Bu, asan məsələ deyil, lakin bunu kim edə bilsə, gələcək onundur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Rusiya bizi satdı” – Ermənilər Sarkisyanın istefasını tələb edir

Next Post

Kəlbəcərdə öldürülən erməni əsgərlərin adları açıqlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Kəlbəcərdə öldürülən erməni əsgərlərin adları açıqlandı

Ruhanidən Əliyevə zəng: `Bu, Ermənistanın növbəti təxribatıdır`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.