Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro arasında telefon danışığı zamanı Dağlıq Qarabağda vəziyyətin tezliklə normallaşdırılması üçün səylərin birləşdirilməsi barədə razılıq əldə edilib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Nazirlər Dağlıq Qarabağdakı hadisələrin son inkişafını müzakirə ediblər və münaqişə ərazisində vəziyyətin tezliklə normallaşdırılması məqsədi ilə Fransa və Rusiyanın Minsk qrupunun həmsədrləri kimi öz səylərini birləşdirməsi barədə razılığa gəliblər”, — deyə məlumatda bildirilib.
Məlumata görə, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.




