Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən antiterror əməliyyatları zamanı öldürülən 7 snayper atıcısının Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu məlum olub.
Bu barədə Türkiyənin `Star` qəzeti məlumat yayıb.
Bildirilib ki, ASALA terror təşkilatı ilə PKK arasında sıx əlaqələr mövcuddur.
Hərbi ekspert, Maltəpə Universitetinin professoru Mesut Hakki Çaşin hesab edir ki, PKK-nın bəzi birlikləri ASALA üzvlərindən təşkil edilib: “ASALA bitmədi, PKK Terror Təşkilatına döndü. Son 2-3 ay ərzində döyüşlərdə ölən PKK snayperlərinin 7-si Ermənistan ordusunun xüsusi təyinatlısıdır. Mən də o bölgədə xidmət etmişəm. PKK-nın bəzi üzvləri ASALA-dan gətirilib. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin cəsədlərinin Ermənistana göndərilməməsi Ermənistan ilə PKK arasında problemə çevrilib”.




