"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağda döyüşmək istəyənlərin sayı artıb – RƏSMİ

10 Aprel 2016 - 20:53
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Aprelin 1-i gecədən başlayaraq erməni silahlı birləşmələri cəbhə bölgəsində yenidən təxribatlara əl ataraq qoşunların təmas xəttinə yaxın Azərbaycan kəndlərini ağır artilleriyalardan atəşə tutdu. Bu proses bir neçə gün davam etdi. Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavabı nəticəsində işğalçı Ermənistan ordusu yüzlərlə itki verərək geri çəkilmək məcburiyyətində qaldı.

Həmin gündən etibarən Azərbaycan Silahlı Qüvvələrinin gücünü görən ölkə əhalisi orduya dəstək verməyə başladı. Ölkədə səfərbərliyin elan olunmasını istəyərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına, yerli idarə, şöbə və bölmələrinə müraciət edən könüllülərin sayı durmadan artmağa başladı. Bütün Azərbaycan əhalisi kimliyindən asılı olmayaraq, ordumuza dəstək kampaniyasına başladı.

AzVision.az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər ki, Xidmətin Aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciət daxil olmaqdadır.

Könüllü olaraq cəbhəyə getmək istəyənlər respublikanın bütün bölgələrini əhatə edir. Bu müraciətlər indiyə qədər də olurdu, son günlərdə daha da artıb.

Qeyd olunub ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət cəmiyyətdə bütün sahələrdə olduğu kimi, vətənpərvərliyin təbliğatında da müsbət nəticələr verib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Bu işlərə nümunə olaraq Xidmət tərəfindən paytaxtda və regionlarda davamlı olaraq keçirilən “Vətənin müdafiəsinə hazıram” adlı hərbi-vətənpərvərlik tədbirlərini, məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsini, “Əsgərə məktub” adlı yazı müsabiqəsini, atıcılıq turnirini və s. tədbirləri göstərmək olar.

Qurumdan bildiriblər ki, son günlərdə cəbhə xəttində düşmən tərəfdən baş verən təxribatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq ölkədə ruh yüksəkliyinin daha da artmasına stimul verib. Bunu Xidmətin yerli idarə, şöbə və bölmələrinə cəbhəyə könüllü getmək üçün müraciət edən vətəndaşlarımızının sayının çox olması da sübut edir.

Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistanda səfərbərlik elan edilməsi, bu hala Azərbaycanda ehtiyac olub-olmaması məsələsinə gəlincə isə qurumdan bildiriblər ki, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən tənzimlənir.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Əgər Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə bütün kütləvi informasiya vasitələrinə məlumat veriləcək və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılacaqlar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda dollar kreditləri ilə bağlı yenilik

Next Post

Qarşıdakı 14 il üçün qorxunc proqnoz: Milyonlar belə öləcək – ŞOK

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qarşıdakı 14 il üçün qorxunc proqnoz: Milyonlar belə öləcək - ŞOK

Ermənistan tərəfi 18 meyit götürüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.