"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Siyavuş Novruzov: `Hər an müharibə başlaya bilər`(Müsahibə)

12 Aprel 2016 - 13:35
in XƏBƏR LENTİ

“4 günlük hərbi əməliyyatlar zamaı əksər siyasi partiyalar həmrəylik nümayiş etdirdi”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov AzVision.az-a müsahibəsində bildirib:

– Siyavuş müəllim cəbhə xəttində gedən döyüşlərlə bağlı fikrinizi bilmək istərdik. Azərbaycan 4 günlük müharibədən nə qazandı?

– Azərbaycan ordusu 4 gün ərzində Ermənistanın həm hərbi qulluqçularını, həm də texnikalarını sıradan çıxardı və işğal altında olan bir sıra strateji yüksəkliklər, yaşayış məntəqləri azad etdi. Bununla da Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edə biləcəyini bir daha sübut etdi. Eyni zamanda bu məsələdə xalqın birlik nümayiş etdirməsi Ermənistan tərəfinin “münaqişə uzandıqca işğal faktı ilə barışılacaq” mifini dağıtdı. Sübut olundu ki, gənc nəsil daha güclü şəkildə öz torpaqlarının azad olunmasına çalışır və ordu sıralarına qoşulmağa hazırdır.

Bu, eyni zamanda beynəlxalq təşkilatlara göstərdi ki, dondurulmuş münaqişə sülh demək deyil. Münaqişə dondurulubsa, bunu həll etmək lazımdır. ATƏT-in Minsk qrupuna üzv və həmsədr dövlətlər, beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində səylərini artırmalıdırlar. Münaqişə həllini tapmasa, hər an müharibə başlaya bilər.

– Atəşkəs barədə əldə olunan razılaşmadan sonra beynəlxaq təşkilatlar, dünyanın aparıcı dövlətləri tərəfindən münaqişənin siyasi yolla həllinə dair fikirlər səsləndirilir. Sizcə, bu səylər münaqişənin həllinə necə təsir göstərəcək?

– Hesab edirəm ki, münaqişə tezliklə sülh yolu ilə həllini tapmalıdır. Mütləq Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Əgər tezliklə münaqişə sülh yolu ilə həllini tapmasa, alternativ yol göz qabağındadır. Ermənilər son 4 gün ərzində bunun şahidi oldular.

– Cəbhədəki hadisələrdə müxalifət cəbhəsinin mövqeyini necə qiymətləndirirsiz?

– 4 günlük hərbi əməliyyatlar dövründə demək olar ki, əksər siyasi partiyalar həmrəylik nümayiş etdirdi. Bir neçə şəxsi çıxmaq şərti ilə yerdə qalanlar erməni lobbisinə xidmət edən şəxslərdir. Onlar Azərbaycan dövlətinə qarşı müxalifətdə olan insanlardır. Əli Kərimli və onun dəstəsi ermənilərə xidmət göstərdi. Bütün erməni saytları onun yazdığı statuslara istinad edərək ölkəmizə qarşı kampaniya aparır.

– Ə.Kərimlinin sərgilədiyi mövqe gənclər tərəfindən də etirazla qarşılanır.

– Əli Kərimlinin mövqeyi təkcə gəncləri yox, hər bir Azərbaycan vətəndaşını hiddətləndirir. Çünki, Azərbaycanda hər kəs həmrəylik nümayiş etdirdiyi bir vaxtda, Əli Kərimli antiAzərbaycan mövqe sərgilədi. Belə hərəkət heç bir azərbaycanlıya yaraşmır. Gənclər haqlı olaraq bu mövqeyə etiraz edir.

– Cəbhədəki hadisələrindən sonra belə çağırışlar var ki, iqtidar-müxalifət dialoqu bərpa edilməlidir. Hazırki durumda dialoqun keçiriləcəyi gözlənilirmi?

– İqtidar hər zaman dialoqa hazırdır. Son hadisələrə qədər müxtəlif müraciətlər vardı. Partiyalar sərbəst şəkildə müraciətlərini edə bilərlər. Bundan sonra fikir mübadiləsi aparmaq, qərar qəbul etmək mümkündür.

– YAP-çı gənclərin düşmənə qarşı informasiya savaşında iştirak etmədiyi haqda iradlar səsləndirilir. Bu barədə nə deyə bilərsiniz? YAP üzvləri düşmənlə virtual müharibədə necə iştirak edirlər?

– Düşünürəm ki, YAP-ın gəncləri informasiya savaşında çox aktiv şəkildə iştirak edirlər. Nəinki, son hadisələr zamanı, ümumiyyətlə gənclərimiz antiAzərbaycan qüvvələrə qarşı daim mübarizə aparır. Hər gün YAP Gənclər Birliyinin ofisinə yüzlərlə gənc gələrək həm xaricdəki, həm də daxildəki antiAzərbaycan qüvvələrə qarşı öz rəylərini bildirirlər. Yəni, informasiya müharibəsində çox aktiv şəkildə iştirak edirik.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftin qiyməti maksimum həddə çatdı

Next Post

Poroşenko iki erməniyə nazir vəzifəsi verdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Poroşenko iki erməniyə nazir vəzifəsi verdi

MSK-nın yeni tərkibi məlum olub - TAM SİYAHI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.