Ermənistanın sabiq prezidenti Robert Köçəryanın İrəvandakı evinə hücum edilib.
news.am xəbər verir ki, hücum edən şəxslər tərəfindən Köçəryanın evinə qumbara atılıb.
Ermənistan polisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan faktı təsdiqləyib.
Bildirilib ki, hazırda hadisə yerində operativ qrup işləyir. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.



