"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Düşmən 4 günlük savaşın yasından çıxa bilmir – Sərkisyandan yasaq gəldi…

16 Aprel 2016 - 08:53
in XƏBƏR LENTİ

Ermənistanın real itkiləri: 322 ölü, 500-dən çox yaralı…; Ölülərini “porsiya-porsiya” açıqlayan işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi ordumuzdan qorxub İran tərəfə qaçan fərarilərini də axtarır; ictimai qəzəbdən çəkinən Sərkisyan rejimi hərbçilərin öz qohumları ilə ünsiyyətini yasaqladı…
Ermənistan 2-5 aprel mini-müharibəsinin zərbəsindən hələ də özünə gələ, yasdan çıxa bilmir. Bunu İrəvanda Rusiya və hakim rejim əleyhinə davam edən etirazlar, prezident Serj Sərkisyanın qatı müxalifətçi Levon Ter-Petrosyanın ayağına getmək zorunda qalması ilə yanaşı, düşmənin 4 günlük müharibədəki itkiləri porsiya-porsiya açıqlamasından da görmək olar.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

2-5 aprel günlərində hərbi əməliyyatların gedişində Ermənistan ordusu 322 nəfər əsgər və zabit itirib, 500-dən çox yaralı və 50-dən çox itkin var. Ermənistan rəhbərliyi itkilərin sayını gizlətmək üçün ölənlərin bir qismini “itkin düşmüş” elan edib, onların müəyyən hissəsi basdırılıb, digər hissəsi isə qeyri-döyüş itkisi kimi və “aprelin 5-dən sonra atışmalarda ölənlər” kimi qələmə verilməkdədir.

Bu barədə Ermənistan mətbuatında məlumat getsə də, sonradan həmin məlumatlar silinib və yayımı qadağan edilib. Bəzi bilgilərə görə, fərarilik edərək İrana qaçan erməni əsgərləri də “itkin düşənlər”in siyahısına daxil edilib (azvision.az). “İtkin” kimi qələmə verilənlərin bir hissəsi heç kimə xəbərdarlıq edilmədən basdırılıb. Qalanları isə morqdadır və bir-bir çıxarılaraq cəmiyyətə təqdim edilir.

***
Qeyd edək ki, Ermənistan rəsmən hələ ki, 92 itkini etiraf edib. Yeri gəlmişkən, dünən təmas xəttində daha iki işğalçı hərbçisi ordumuz tərəfindən cəhənnəmə vasil edilib. Erməni tərəfinin təsdiqlədiyi kimi, aprelin 14-dən 15-ə gecə Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində təmas xəttində düşmənə Azərbaycan Ordusu tərəfindən açılan cavab zərbəsi ilə qarşı tərəf daha iki hərbçisini itirib.

Onlardan biri müddətdən artıq hərbi xidmət keçən, 1970-ci il təvəllüdlü hərbçisi Hamlet Xocayan Talış kəndi istiqamətində öldürülüb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin Xocavənd istiqamətində təxribatının qarşısı alınarkən isə doğum tarixi açıqlanmayan Armen Qriqoryan məhv edilib.

Bu arada Ermənistanın Müdafiə Nazirliyi silahlı qüvvələrin həbrçiləri ilə telefon, internet, yaxud sosial şəbəkələrdə xidmətə dair məsələləri müzakirə etməməyə çağırıb. Bu haqda ölkənin Müdafiə Nazirliyi video-müraciət yayıb. Hərbçilərin öz qohumları ilə canlı ünsiyyətin məhdudlaşdırılması onların təhlükəsizliyi ilə əlaqələndirilsə də, şübhə yox ki, motiv bam-başqadır: aydındır ki, iqtidardakı Sərkisyan-Ohanyan kriminal rejimi, “Qarabağ klanı” sadəcə, böyük canlı itkilərdən sonra artmaqda olan xalq qəzəbindən qorxduğu üçün belə addımlara gedir.

***

Panik ovqat isə indi ən çox Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi və onun təəbələrində müşahidə olunmaqdadır. Bu da təbiidir: Azərbaycan xalqının qisası ən birinci onları haqlaya, ən birinci separatçı ünsürləri süpürüb ata bilər.

Söz düşmüşkən, bir neçə gün öncə Ermənistanın Lragir müxalifyönlü portalının şərhçisi Xankəndində mətbuat konfransı keçirmiş separatçı qurumun başçısı Bako Saakyanın üzündəki xof və qorxu hissi barədə ayrıca yazı yazaraq, onu sərt tənqid eləmiş, haqqında əzici ifadələr işlətmişdi. “Axı sizə bütüm dünya baxır”,- deyə müəllif bədbin və mağmın ovqatı ona irad bildirmişdi.

Əslində isə Saakyanın xofu da, təlaşı da təbiidir. Bu xofu onda əlbəttə ki, Azərbaycan əsgəri, hərbi qüdrətimiz yaradıb. Rusun çiyinlərinin arxasında gizlənib özlərini illərdir “Arsax savaşı”nın qalibləri, məğlubedilməz komandir və “komandos”lar kimi qələmə verib qürrələn erməni siyasi-hərbi rəhbərlərinin durumu bu gün bax, belədir: ordumuzun kiçik və uğurlu bir həmləsi, blits-hərbi zəfəri kifayət elədi ki, misin kökə, səksəkəyə düşsünlər.

İndi onlar Azərbaycan əsgərinin öz torpaqlarını asanca geri ala biləcəyinə heç vaxt olmadığı qədər əmindirlər. Dünən Milli Məclisin iclasında spiker Oqtay Əsədovun dediyi kimi, “Biz Ermənistanla müharibə aparmamışıq, aparsaydıq, bir həftədə xeyli irəliləyərdik”.

Doğrudan da belədir və ən önəmlisi, bunun indi hamıdan yaxşı işğalçı bilir. Spikerin sözlərinə görə, Azərbaycan ilk olaraq birtərəfli qaydada atəşkəs elan edib və hazırda sülh danışıqları gedir. “Ancaq biz bütün hallarda müharibəyə hazırıq. Buna dövlətimizin də, ordumuzun da gücü yetərlidir” – düşmənə xəbərdarlıq edib.

Qalır bu xəbərdarlıqdan işğalçının vaxtında və düzgün nəticə çıxarması.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Koçaryanın evinə silahlı hücum edildi

Next Post

Ayda 100 manata, girovsuz ev almaq şansı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ayda 100 manata, girovsuz ev almaq şansı

Müdafiə Nazirliyi təsdiqlədi - Şəhidimizin cəsədi qaytarılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.