Avropa İttifaqına daxil olmayan səkkiz ölkə Belarusa qarşı tətbiq edilən sanksiyaları ləğv edib.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini deyib.
Onun sözlərinə görə, Makedoniya, Monte-Neqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn və Norveç Belarusun 170 məmuru və üç şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib.
Qeyd edək ki, Avropa İttifaqı fevralın 25-də Belarusun 170 məmuru və üç şirkətinə qarşı tətbiq edilən sanksiyaları ləğv edib.



