"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan ordusu bir neçə kilometr irəlilədi…”

19 Aprel 2016 - 13:58
in aktual-banner, Banner, MANŞET

Fransanın “L’Opinion” nəşrinin hərbi məsələlər üzrə analitiki Pyer Jan- Dominik Merçet (Par Jean-Dominique Merchet) Qarabağdakı 4 günlük müharibə barədə təhlilində Ermənistanla az qala 30 ildir davam edən münaqişədə Azərbaycanın qələbə qazandığını yazıb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

Virtualaz.org xəbər verir ki, fransalı analitik Azərbaycan silahlı qüvvələrinin aprelin əvvəllərində apardığı döyüşlərdə əldə etdiyi nəticənin hərbi baxımdan kiçik olduğunu, ancaq siyasi baxımdan çox mühümlüyünü vurğulayır. “Çünki Bakı  6 il davam edən münaqişə ərzində 30 mindən çox insan itkisi və yüz minlərlə məcburi köçkünlə üzləşərək 1994-cü ildə məğlub olandan sonra ilk dəfə revanş götürür”-məqalədə deyilir.

 

Müəllif yazır ki, aprelin əvvəllərində baş verənlər əsl müharibə idi, ancaq cəmi 4 gün davam etdi. Aprelin 2-dən 5-nə qədər yüksək intensivlikli  hərbi əməliyyatların gedişində tərəflər kütləvi artilleriya zərbələrindən, raketlərdən və zirehli texnikadan istifadə etdilər. “Azərbaycan ordusu Ermənistan ordusunun möhkəmləndirilmiş müdafiə xəttini yarıb keçdi və bir sıra kiçik əraziləri nəzarət altına ala bildi. Bu, cənubda, Horadiz istiqamətində və şimalda, Tapqaraqoyunlu istiqamətində bir neçə kvadrat kilometr ərazidən ibarətdir”-müəllif yazır.

 

Bildirilir ki, ermənilər bu hücumu dayandıra bilib, ancaq itirilmiş mövqeləri geri almaq üçün edilən əks-həmlələr nəticəsiz qalıb. “Aprelin 5-də hərbi əməliyyatların dayandırılmasından sonra 1994-cü il mayın 16-dan bəri bir metr də olsun tərpənməyən təmas xətti artıq dəyişmişdi”-məqalədə deyilir.

 

Müəllif yazır ki, müstəqil mənbələr aprelin 2-də hərbi əməliyyatları birinci kimin başladığını hələ də dəqiqləşdirə bilməyiblər. Ancaq burası dəqiqdir ki, həmin döyüşlərə qədər də təmas xəttində vəziyyət olduqca gərgin idi, müntəzəm olaraq hər iki tərəfdən itkilərlə müşaiyət olunan atışmalar qeydə alınırdı.

 

“Başqa məsələdir ki, Azərbaycan əvvəlcə şimalda (Talış, Ağdərə) və mərkəzdə (Martuni), cənubda (Horadiz) etdiyi kimi irimiqyaslı hücum həyata keçirməyə hazırdır. Və erməni qüvvələrinin təmas xəttini yarıb onları geri oturduqları üçün hərbi baxımdan bu hücumları daha iri miqyasda təkrar etməyə stimul yaranıb”-Pyer Jan- Dominik Merçet bildirir.

 

Müəllifə görə iki ölkə ordularının dayandıqları mövqey baxanda bunu başa düşmək asandır: Azərbaycan status-kvonu şübhə altına alır və beynəlxalq hüquqa görə ona məxsus olan ərazilərini (20 faiz) geri qaytarmaq istəyir. “Onun ordusu hücum üçün təşkil olunub. Əksinə, Ermənistan ələ keçirdiyi ərazilərdə möhkəmlənmək və əldə saxlamaq istəyir. Onun ordusu Birinci dünya müharibəsi dövrünü xatırladan səngərlər boyu müdafiə mövqelərində möhkəmlənib, strateji əhəmiyyətli yüksəkliklərə nəzarət edir. Aprelin 2-də başlayan müharibənin ilk saatlarında azərbaycanlılar bəzi istiqamətlərdən bir neçə kilometr irəliləyib və birtərəfli atəşkəs təklif edib. Ermənistan bu təklifi rədd edib və  itirdiyi mövqeləri geri qaytarmağa çalışıb. Azərbaycan bu döyüşlərdə İsraildən aldığı “Harop” kamikadze-dronlarını tətbiq edib. Döyüşlər aprelin 5-nə qədər davam edib və beynəlxalq birliyin çağırışlarından sonra dayandırılıb”.

 

Müəllifə görə müəmmalı qalan məqamlardan biri də budur ki, rusların hərbi əməliyyatların başlamasından xəbəri olubmu, yoxsa vəziyyət qəfil nəzarətdən çıxıb? Çünki hərbi əməliyyatlar Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda olduğu vaxtda başlamışdı.

 

Məqalədə xatırladılır ki, ABŞ, Fransa və Rusiya Minsk Qrupu çərçivəsində bu münaqişənin nizamlanması üçün fəal əməkdaşlıq edir. Danışıqlar masasında isə “Madrid prinsipləri”inə əsaslanan sənəd var. Bu sənəd ətraf rayonların qaytarılmasını, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün referendumun keçirlməsini nəzərdə tutur.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şahin Mustafayev supermarket rəhbərlərini qəbul etdi

Next Post

Azərbaycan üçün Aİ vizaları ləğv edilməlidir – Latviya XİN

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Azərbaycan üçün Aİ vizaları ləğv edilməlidir – Latviya XİN

Neftin qiyməti necə olacaq və manatı nə gözləyir – TƏHLİL

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.