Minsk razılaşmaları yerinə yetirildiyi təqdirdə Rusiyaya qarşı sanksiyalar aradan götürülə bilər və götürülməlidir.
Bunu ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Obama bəyan edib ki, Rusiya öhdəliklərini yerinə yetirdiyi təqdirdə sanksiyalar aradan qaldırılacaq.
Rusiya XİN rəsmisi Mariya Zaxarova isə Obamaya cavab olaraq bildiirb ki, ölkəsi Minsk razılaşmalarını pozmur.




