"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rus politoloq: Rusiya 3 gün müharibəyə qarışmayacaq

25 Aprel 2016 - 08:33
in aktual-banner, Banner, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

kuznet
Rus politoloqun proqnozu - Şuşanın işğal günü qisas gününə çevrilə bilər...

Ekspertlər növbəti əməliyyatları istisna etmir, amma…

Rusiyalı ekspert Oleq Kuznetsovun Qarabağda yeni savaşın tarixi ilə bağlı proqnozu Azərbaycan ictimaiyyətinin də diqqətini cəlb edib. Politoloq bildirib ki, əgər yaxın müddətdə sülh əldə olunmasa, savaş yenidən başlayacaq. O hətta yeni savaşın tarixini da açıqlayıb: “Mayın 8-i yaxınlaşır. Bu, erməni silahlı birləşmələri tərəfindən qeyd edilən Şuşanın işğal günüdür. Qondarma ”Arsax dövləti”ndə bu, bayram hesab edilir. 
 
İki on illikdən artıq formalaşmış ənənəyə əsasən, bu ərəfədə cəbhə xəttində gərginləşmə olur. Fikrimcə, bu il də ondan qaçmaq mümkün olmayacaq. Vacib deyil, atəşi birinci kim açacaq. Bu, Azərbaycan ordusunun yeni lokal hücum əməliyyatına başlaması üçün ən əlverişli gündür. Nədən ki, Rusiyanın buna qarışmayacağına yüz faiz zəmanət var. Ən azı üç gün – mayın 7-dən 9-dək Qələbə Günü ilə bağlı bu zəmanət olacaq və Azərbaycan bu 3 gündə nə istəsə, onu öz ərazisində eləməyə ixtiyar sahibidir. Sonra isə Kreml növbəti “sakitləşdirmə” mərhələsinə başlayacaq – hansı mərhələ ki, yalnız konflikt zonasında yeni hərbi-siyasi situasiyanın fiksasiyasından ibarət olacaq”.
 
Rus politoloqun qeyd etdiyi kimi azərbaycanlı ekspertlər də Qarabağda savaşın yenidən başlaması ehtimalını istisna etmirlər. Ancaq zaman məsələsinə gəlincə, bu haqda konkret danışmağın çətin olduğunu deyirlər. 
Politoloq Elxan Şahinoğlu  “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ermənistan tərəfi sülh şərtləri ilə razılaşmasa, ən azı 7 rayon qaytarılmasa müharibə yaxın aylarda yenidən başlaya bilər: “Prinsipcə, müharibə davam edir. Dünən də yeni bir xəbər gəldi ki, Azərbaycan ordusu düşmənin təxribatına  cavab olaraq, bir erməni tankını vurub. Bu o deməkdir ki, Rusiyanın vasitəçiliyi hələ ki, bir nəticə vermir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvan səfəri zamanı çoxsaylı açıqlamalar verdi və ümid yaratmaq istəyirdi ki, sülh olacaq, danışıqlar intensivləşəcək. Amma cəbhə bölgəsindən fərqli xəbərlər gəlir. Biz bu xəbərlərə əsaslanaraq, düşünə bilərik ki, əgər yaxın müddətdə danışıqlarda irəliləyiş olmasa Azərbaycan ordusu öz uğurunu davam etdirmək imkanı qazanacaq. Bu həm də Azərbaycan cəmiyyətinin sifarişidir. Artıq ordumuz strateji yüksəkliklərə nəzarət edir.  Digər tərəfdən işğalçı  tərəf də əsəbidir. Çünki həmin yüksəklilərin geri qaytarılmasını istəyir. Bu yüksəkliklərin Azərbaycanda olması onları hərbi-strateji baxımdan zəiflədir. Hər  iki tərəf sanki döyüşə hazırlaşır. Bu döyüşə mane olacaq heç bir element də yoxdur. Nə Rusiyanın vasitəçiliyi nəticə verir, nə yeni təklifləri var, nə də beynəlxalq aləmdən ciddi bir təkan yoxdur. Almaniya isə ATƏT-in sədri kimi boş bəyanatlar verir  ki, təkliflər paketimiz var, ancaq nə olduğunu açıqlamır. Belə bir şəraitdə, yaxın bir-iki ayda danışıqlarda real irəliləyiş olmasa, beynəlxalq güclər Ermənistana təsir edib, Dağlıq Qarabağın ətrafındakı 5 rayonun qaytarılmasını sürətləndirməsələr, bölgədə vəziyyət həqiqətən gərginləşəcək. Ancaq bunun  məhz mayın 9-da baş verəcəyini söyləmək mənim üçün çətindir”.
 
Ekspertin fikrincə, ermənilər nəzərə almalıdırlar ki, mayın 9-da Şuşanın işğalı ilə bağlı hər hansı tədbir keçirsələr, Azərbaycan tərəfi separatçılara qarşı adekvat addım atacaq: “İndi əvvəlki dövr deyil ki, ermənilər Qarabağda istədikləri tədbirləri keçirsinlər. Artıq Azərbaycan ordusu öz gücünü göstərdi və sübut etdi ki, torpaqlarımızda baş verən istənilən təxribatın qarşısı alınacaq. Bunun nə zaman baş verəcəyinə gəlincə, mənim proqnozum belədir ki, iyun ayının sonuna qədər hər hansı irəliləyiş olmasa, sonrakı aylarda toqquşma ehtimalı artacaq.
Bu ərəfədə Rusiyanın başının bayram tədbirlərinə qarışmasından Azərbaycan tərəfinin istifadə edəcəyinə gəlincə, Azərbaycanın buna ehtiyacı yoxdur. Kimin başının nəyə qarışması bizim üçün önəmli deyil”.
 
Deputat Aydın Mirzəzadə də “Yeni Müsavat”a danışarkən müharibəyə başlamaq haqqının hər  zaman Azərbaycan tərəfində olduğunu açıqladı: “Rus politoloqu Azərbaycan tərəfinə çox maraqlı bir ideya verir. Bunun üzərində düşünmək olar. Amma hərbi əməliyyatların nə vaxt başlayıb, hansı istiqamət götürəcəyi situasiyadan asılı olan məsələdir. Bu gün Azərbaycan danışıqların sülh yolu ilə həll edilməsində daha maraqlıdır. Azərbaycanın danışıqlara getməsini, onun Ermənistana ən böyük kompromisi kimi qəbul  etmək olar. Eyni zamanda biz işğal altında olan Dağlıq Qarabağ ərazisinə muxtariyyət verməyi indidən öz üzərinə götürür. Ancaq bununla belə Ermənistan qeyri-konstruktiv fəaliyyətini davam etdirdikdə Azərbaycanın hərbi yoldan istifadə etməkdən başqa çıxış yolu qalmır. 2 apreldə olan müharibə də məhz Azərbaycanın Ermənistanın işğalçı siyasətini davam etdirməsinə, hər gün provokasiya  edərək hücuma keçməsinə cavab olaraq atdığı addım idi. Yenə də Ermənistan bu siyasətindən əl çəkməsə Azərbaycan tərəfinin adekvat reaksiyası ilə üzləşə bilər. Ancaq bunun hansı ayın hansı günündə olmasının elə bir əhəmiyyəti yoxdur. Hərbi əməliyyatların başlaması situasiyadan asılı olan məsələdir.
Ermənistan Azərbaycan  torpaqlarının bir hissəsini işğal edib, Ermənistan ordusunun hərbi hissələri Azərbaycan ərazisindədir. Bu beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb. Bu azmış kimi Ermənistan Azərbaycan ərazisinə hücumlarını davam etdirir. Ötən gün Tərtər rayonunda vətəndaşlardan birinin evi dağılıb. Bu faktın özü Ermənistanın hələ 2 aprel hadisələrindən dərs çıxarmadığını göstərir. Bu baxımdan Azərbaycanın öz ərazisini işğaldan azad etmək üçün hansı yolu seçəcəyi onun öz hüququdur. Bundan ən çox əziyyət çəkən isə işğalçı Ermənistan olacaq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan  5 zonaya bölündü

Next Post

ABŞ Ukraynaya hərbi yardım ayırır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ Ukraynaya hərbi yardım ayırır

Martirosyan Azərbaycana təşəkkür etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.