"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MTN-nin tutduğu qadın türmədən dəhşət dolu məktub yazdı

26 Aprel 2016 - 09:43
in XƏBƏR LENTİ

MTN-nin tutduğu qadın türmədən dəhşət dolu məktub yazdı

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ceyran Rüstəmova: “Nazirlikdə məni döyənlərə yalvardım ki, onkoloji xəstəyəm, əməliyyatdan təzə çıxmışam, vurmasınlar…”

“Bundan sonra məni MTN-in binasına apardılar. Orada MTN-in əməkdaşları dedilər ki, onlara Səkinə və  onun ailə üzvlərinin bildirdiyinə görə, mən qeyri-qanuni sahibkarlıqla məşğul oluram. Mən isə dedim ki, yalan deyirlər. Bu söz ağzımdan çıxmamış Əli adlı şəxs qolumun üstünə vuraraq hədə-qorxu gəlməyə başladı”. 
 
Bu sözləri “Yeni Müsavat”a ünvanladığı müraciətində hazırda həbsdə olan Ceyran Mikayıl qızı Rüstəmova yazıb. Məktub müəllifi başına gələnləri bu şəkildə anladır:“Səkinə Sadıxova və bir qrup şəxs ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə qabaqcadan əlbir olaraq Axundov parkının tam ortasında heç bir səbəb göstərmədən əllərimi arxaya buraraq zor tətbiq edərək maşına mindirdilər. Bu vaxta qədər də Səkinə Sadıxova və onun ailə üzvləri başıma olmazın oyun açmışdılar. Onlar elə bir qüdrətə sahibdirlər ki, məni istədikləri vaxt hüquq-mühafizə orqanlarına apartdırır, işgəncələr verdirirdilər. Məni tutandan sonra MTN binasına apardılar. Orada nazirliyin əməkdaşları dedilər ki, onlara Səkinə və onun ailə üzvlərinin bildirdiyinə görə mən qeyri-qanuni sahibkarlıqla məşğul oluram. Dedim ki, yalan deyirlər. Bu söz ağzımdan çıxmamış Əli adlı şəxs qolumun üstünə vuraraq hədə-qorxu gəlməyə başladı. Ona ağır onkoloji xəstə olduğumu, əməliyyatdan yenicə çıxdığımı dedim, xahiş etdim ki, məni vurmasın. Sözlərim heç vecinə də olmadı. O, yenə də mənə hədə-qorxu gəlməyə davam etdi. Bu zaman Azər adlı MTN əməkdaşı otağa daxil oldu. Məni Əlinin əlindən alaraq o biri otağa apardı. Dedi ki, ”Reyhan Musa qızı Hüseynova da gəlib, əgər canını buradan qurtarmaq istəyirsənsə, 200 min manat ver, sənin buradan çıxıb getməyinə köməklik edim”.
Bizə bir həftə pulları düzəldib gətirməyə vaxt verdilər. Müddət bitənə qədər onların tələb etdiyi məbləğin yalnız 100 min manatını düzəldib apardıq. Lakin MTN əməkdaşları əl çəkmədilər. Dedilər ki, bir həftə də vaxt veririk. Yerdə qalan pulu da düzəldib gətirəcəksən. Yoxsa sənin və ailə üzvlərinin adına nə varsa, hamısını göyə sovuracağıq. Müddət bitsə də, pulu düzəldə bilmədim”.

 
Məktub müəllifi yazır ki, bundan sonra onun və ailə üzvlərinin qara günləri başlayıb: “Belə ki, MTN əməkdaşları mənim və ailəmin adında olan əmlakları Daşınmaz Əmlakın Reyster Xidmətindən aldılar. Bir ay sonra evini aldığım Səkinə Sadıxova və onun oğlu Səməd Sadıxov, əri Fikrət İsmayılov MTN-in sifarişi əsasında Bakı Şəhər Prokurorluğunda heç bir sübut-dəlil olmadan mənə, keçmiş qonşum olan Reyhan Hüseynovaya, həyat yoldaşım Yaşar Rəsulova, bacım Kəmalə Rüstəmovaya, Mətanət Gülməmmədovaya Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittihamlar verdirdi. Bu ilin martında cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Həmin MTN əməkdaşlarının mənim başıma gətirdikləri qanunsuz hərəkətlər barədə bir il heç bir yerə məlumat verməmişdim. Çünki onlar mənə hədə-qorxu gəlmişdilər ki, adımızı heç bir yerdə hallandırma. Daha sonra onların başıma açdıqları zorakılıqlar barəsində 6 noyabr 2015-ci ildən şikayət ərizələri ünvanlamışam. Başda prezidentimiz olmaq şərti ilə Bakı Şəhər Prokurorluğu və bütün güc strukturlarına”.
 
Məktub müəllifi qeyd edir ki, hələlik MTN əməkdaşlarının ona qarşı etdikləri zorakılıqla əlaqədar heç bir tədbir görülməyib: “Səkinə Sadıxova borca pul verdiyim, ev aldığım insanları bir araya yığaraq qapı-qapı gəzib, onlara deyib ki, arxamızda MTN durub. Neynirsiniz Ceyrana pul verib?! Ona verməli olduğunuz o puldan bir azını MTN-ə verək, evləriniz ondan alınsın, borclarınız silinsin. Ceyran və onun ailə üzvlərinə də cinayət işi açdırıb dama saldıraq.  Elə də oldu. Səkinə Sadıxova MTN-in köməkliyi və sifarişi ilə yalançı zərərçəkmişlərdən ibarət dəstə yaratdı. Mən və ailə üzvlərim vaxtilə onlara yerdə qalan 100 min manatı çatdıra bilmədiyim üçün artıq 2 ilə yaxındır ki,  həbs həyatı yaşayırıq”.
Məktub müəllifi qeyd edir ki, hüquq-mühafizə orqanlarına yazdığı şikayətləri cırıb zibil qutusuna atırlar:“Qeyd etdiyim işlərlə bağlı mənim və ailə üzvlərimin Azərbaycan Respublikasının adından qətnamələrimiz var. Hətta yerli məhkəmənin qərarlarını Azərbaycan Respublikasının Ali Məhkəməsində də qüvvədə saxlayıblar. Məhkəmə qərarları qüvvəyə minəndən sonra icraya da göndərilib. Mən və ailə üzvlərim Azərbaycan Respublikasının qanunlarına hörmət edərək qanuni sənədlər əsasında borc vermiş və mənzil almışıq. Əgər bu qanunlar gələcəkdə məmurların əlində oyuncaq olacaqsa, nə üçün Milli Məclis tərəfindən qəbul olunur?! Bu qanunlar məmurlar tərəfindən zibil qutusuna atılacaqsa, bu qədər hörmətli şəxsiyyətlər nəyə görə onları imzalayır? Bütün bunlar bizim hüquqlarımızın pozulması ilə yanaşı, Azərbaycan Respublikasına da hörmətsizlikdir. Mənin, ailə üzvlərimin və bizim kimi daha bir neçə şəxsin başına gələn bu qanunsuz hərəkətlərin əsas səbəbkarları tanışım Sadıxova Səkinə, oğlu Sadıxov Səməd, əri İsmayilov Fikrət Tofiq oğlu, Babayeva Xavər və onu əri Babayev Eyyub, onların oğulları Babayev Elşad və Emilin rəhbərliyi altında MTN əməkdaşlarının təzyiqləri olub».
 
Məktub müəllifi prezidentə müraciətlə yazır: 
“Möhtərəm Cənab Prezident!
 
Yazib Sizdən xahiş edirəm ki, mənim haqq səsimi eşidib bizlərə qarşı törədilən qanunsuzluğa, ədalətsizliyə və insanlıqdan kənar hərəkətlərə yol vermiş şəxslər barəsində cinayət işi başlansın. Xahiş edirəm ki, bu barədə Baş Prokurorluğa göstəriş verəsiniz. Sizdən son ümid yerim kimi xahiş edirəm”. 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda qəbiristanlıq olmayan şəhər: bunu bilirdiniz?

Next Post

Ordumuz düşmənə cavab zərbələri endirib – Müdafiə Nazirliyi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ordumuz düşmənə cavab zərbələri endirib - Müdafiə Nazirliyi

Qarabağda iki erməni hərbçi məhv edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.