
Redaksiyamıza maraqlı məktub daxil olub. Orta məktəbin 3-cü sinfində oxuyan Nihad bəy həm də hərbçi ailəsində böyüyür. Onun ən böyük istəyi Azərbaycan əsgərinə yazdığı kiçicik məktubun ünvanına yetişməsiymiş. Elchi.az saytı olaraq körpə balanın böyük ürəklə yazdıgı məktubu ünvanına çatdırmaq istədik:
“Salam Azərbaycan əsgəri. Mən bilirəm ki, siz səngərlərin içindən ermənilərlə döyüşürsünüz. Biz isə isti yerimizdə yatırıq. Ancaq siz o soyuqda da vuruşursunuz. Mən istəyirəm ki, siz bütün torpaqlarımızı azad edəsiniz. İstəyirəm ki siz sağ salamat evlərinizə qayıdasınız. Mən istəyirəm ki, sizin kimi böyüyüb əsgər olum. Mən istəyirəm ki sən bu məktubu saxlayasan. ”
Nihad Qasımzadə




