Rusiya və NATO arasında yaxın zamanlarda toqquşma ola bilər.
Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felqenqauer söyləyib. Onun sözlərinə görə, Rusiya sərhədləri yaxınlığında müharibə ocaqları artır:
“Türkiyə və Suriyada olan böhranlar hələ bitməyib. “Röyter”in xəbərinə görə, hazırda Hələbin bombardmanı davam edir ki, bu da sonda Suriyada Rusiya-Türkiyə qarşıdurmasına səbəb ola bilər. Bu qarşıdurmaya Qarabağdakı vəziyyət də əsas ola bilər. Bundan əvvəl Donbas var idi, indi isə buraya Pribaltikada əlavə olunub. Rusiyanın ya NATO ölkələrindan biri, ya da ABŞ ilə birbaşa qarşıdurması mümkündür. Çox güman ki, bu, yaxın illər ərzində baş verəcək”.




