"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Erməni saytları vahimə yayır- Azərbaycandan hücum gözləyirlər

03 May 2016 - 01:55
in MANŞET

Mayın 2-də Ermənistanın kütləvi informasiya vasitələri bir-birinin ardınca Azərbaycanla bağlı həyəcanlı xəbərlər yayıblar.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

Musavat.com xəbər verir ki, erməni mətbuatı Ermənistan Müdafiə Nazirliyinin məlumatına istinad edib.

 

Bu xəbərlər isə Ermənistanda və Qarabağ erməniləri arasında vahimə yaradıb. Hətta hazırda Helsinkidə səfərdə olan Ermənistan XİN başçısı Edvard Nalbəndyan da finlandiyalı həmkarı Timo Soini ilə görüşdə vəziyyətdən ciddi şəkildə təşviş hissi keçirdiyini biruzə verib.

 

Erməni nazir iddia edib ki, Azərbaycan bütün təmas xətti boyunca əlavə canlı qüvvə və hərbi texnika yerləşdirir. Buna görə də işğalçı ölkənin naziri həyasızcasına beynəlxalq aləmi Bakıya təzyiq göstərməyə çağırıb. Nalbəndyan ardınca hay-haray salaraq deyib ki, Azərbaycan növbəti hərbi əməliyyatlara başlamaq üçün bəhanə axtarır. Ermənistan XİN başçısı 25 ildir ərazilərini işğalda saxladıqları Azərbaycanı 1994-cü ilin atəşkəs razılaşmasına əməl etməməkdə də suçlayıb.
Dağlıq Qarabağdakı separatçı qurumun “ombudsmanı”nın da beynəlxalq təşkilatlara Azərbaycandan şikayət hazırladığı barədə xəbər yayılıb. Separatçılar Azərbaycan ordusunun hər an sarsıdıcı zərbə vuracağından ehtiyatlandıqları üçün beynəlxalq aləmdən nicat gözləyirlər. Düşmən ölkə və separatçı qurum Azərbaycan ordusunun 2-5 və 27-29 aprel tarixlərindəki gücünü görəndən sonra ciddi təşvişə düşüb. Üstəlik, Şuşanın işğal günü – mayın 8-də Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr vuracağı ilə bağlı hətta rusiyalı ekspertlərin fikirləri ermənilərin rahatlığını pozub. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Xankəndinə məhz bu gün gəlməsi və güzəştsiz mövqedən çıxış edən Bako Saakyanla görüşməsi də diqqət çəkir.

 

Erməni generalın savaş qorxusu

 

Mayın 2-də həmçinin Qarabağ separatçılarının başçısı Bako Saakyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovla görüşüb. Erməni mətbuatı xəbər verir ki, “DQR”-in “müdafiə naziri” Levon Mnatsakyanın da iştirak etdiyi görüşdə sonuncu genişmiqyaslı hərbi əməliyyatlar, həmçinin Ermənistan və “DQR” arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Aprelin 5-də azərbaycanlı həmkarı ilə Moskvada atəşkəs razılaşmasına getməklə vəziyyətdən çıxan Xaçaturovun Saakyana nə məsləhətlər verdiyi bəlli deyil.

 

Sabiq nazirin müqayisəsi: 400 milyon hara, 3,6 milyard hara?

 

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan isə aprel döyüşlərindən sonrakı situasiyanı şərh edib. Ölkə mediasına müsahibəsində o 400 milyon dollarlıq hərbi büdcəsi olan Ermənistanın ordusuna 3,6 milyard dollar ayıran Azərbaycanla balansı saxlamasının mümkünsüzlüyünü etiraf edib.
Nalbəndyan yenə “val”ı dəyişdi

 

Bir həftə öncə Serj Sərkisyanı təkzib edib İrəvanın danışıqlardan qaçmadığını deyən Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan yenə də “val”ı dəyişib və sərt ritorika ilə çıxış edib. O deyib ki, atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı real addımlar atılmasa, danışıqlar prosesi Azərbaycanın əlində yalnız şantaj aləti olacaq. Helsinki Universitetində çıxış edən erməni nazir iddia edib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və bu ərazi Stalin tərəfindən Sovet Azərbaycanına zorla birləşdirilib.

 

Tələbələrin güzəşt hüququ ləğv edilir, düşmən əsgər qıtlığı ilə üz-üzə

 

Bu arada Ermənistan ordusunun komplektləşdirilməsində yaranan çətinliklər ölkə rəhbərliyini sonuncu resurslara əl atmağa vadar edib. Hətta qadınların və qocaların ordu sıralarına çağırılması, Qarabağa gətirilməsi də vəziyyətə həlledici dərəcədə təsir etmədiyi üçün ali məktəblərdə təhsil alan erməni gənclərin möhlət hüququnun ləğv edilməsi məsələsi gündəmə gəlib.

 

Ölkə parlamentinin üzvü Tevan Poqosyan mətbuata deyib ki, bu  layihənin reallaşması sosial ədalətin bərpa olunması demək olardı. Ermənistan hökumətinin aparat rəhbəri David Arutyunyan isə deyib ki, ay ərzində parlamentdə tələbələrin hərbi çağırışdan möhlət hüququndan məhrum edilməsi məsələsi müzakirəyə çıxarılacaq. “Biz bu təşəbbüslə hələ  iki il əvvəl çıxış etmişdik. Ancaq o vaxt bilmirdik ki, bir neçə il keçəcək və aprelin 2-də hərbi əməliyyatlar başlayacaq” – deyən Poqosyan qanunvericiliyə dəyişikliyin gerçək mahiyyətini izah etmiş olub.

 

O deyib ki, ordudan yayınmaq üçün bir neçə variant var. Onlardan biri ölkəni tərk edib 27 yaşdan sonra qayıtmaq və cərimə ödəməkdir. İkinci yol sağlamlıq vəziyyəti ilə əlaqədardır ki, bu zaman da korrupsiya öz sözünü deyir. Poqosyanın fikrincə, erməni ordusundan yayınmaq üçün təhsil sistemi də öz rolunu oynayır, pulsuz təhsil alanlar ordudan yayınmaq şansı qazanır. Ona görə də deputat deyib ki, təcili şəkildə qanuna dəyişiklik etmək lazımdır. Təhsili isə orduda xidmətdən sonra almaq olar.

 

Bu detal Ermənistan ordusunda vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Düşmən ölkə PKK-çıları, muzdlu erməniləri Qarabağa cəlb etməklə də Azərbaycanla balansı yarada bilmir.

 

Erməni məkri 

 

Ancaq o da istisna deyil ki, ermənilər beynəlxalq ictimaiyyətdə “Azərbaycan Qarabağ üzərinə qəfil hücuma hazırlaşır” rəyini formalaşdırmaqla əslində hiyləgər niyyətlərini reallaşdırmaq, itirilmiş mövqelərini geri almaq üçün hücuma keçmək istəyirlər. Hər halda hiyləgər düşmən tarix boyu özünü “yazıq” göstərməklə xain zərbələr vurmağı bacarıb. Qarabağ canilərini ötrafında toplayan “Yerkrapa”nın rəhbəri, general-mayor Manvel Qriqoryanın günlərdə dedikləri də bundan xəbər verir: “Bütün ermənilər mayın 8-də gözəl hədiyyə almağa layiqdirlər”. Ona görə də ordumuz ayıq-sayıqlığını itirmədiyi kimi, rəsmi qurumlarımız da beynəlxalq aləmə çağırışlar etməlidirlər ki, sonrakı günlərdə Azərbaycanı qınayan olmasın…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək oldu

Next Post

ABŞ-dan rus qırıcıları ilə bağlı etiraf

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

ABŞ-dan rus qırıcıları ilə bağlı etiraf

Əli Həsənov: Prezident ilə ordu arasında birlik var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.