"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İndiyədək yeganə və ilk imza vərəqələri verilən deputatlığa iddiaçı İlqar Məmmədovdur”

05 May 2016 - 09:29
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 “İndiyədək yeganə və ilk imza vərəqələri verilən deputatlığa iddiaçı İlqar Məmmədovdur”

MSK katibi Mikayıl Rəhimov: “Şəki Apelyasiya Məhkəməsinin 29 apreldə çıxardığı qərara uyğun olaraq REAL sədrinin haqqında qərar qəbul olunacaq”

MSK katibi Mikayıl Rəhimov 90 saylı Ağdaş seçki dairəsində 18 iyunda keçiriləcək deputat seçkisi, seçkiyə hazırlığın gedişi ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. 
– Mikayıl bəy, 90 saylı seçki dairəsində seçkilərlə bağlı proses hazırda hansı mərhələdədir, necə gedir?
– 2015-ci il 17 noyabrda MSK 90 saylı Ağdaş seçki dairəsində seçkilərin nəticələrini ləğv etmişdi. Bu il aprelin 12-də isə ölkə prezidenti cənab İlham Əliyev sərəncam verərək 90 saylı seçki dairəsində iyunun 18-də seçki keçirilməsini təyin edib. MSK aprelin 16-dan bu istiqamətdə öz öhdəsinə düşən vəzifəni icra eləməyə başlayıb. Demək olar ki, bütün dairə seçki komissiyasının ərazisində seçki mühitinin yaradılması üçün tədbirlər görülüb, plakatlar asılmağa başlayıb. MSK və DSK işini davam etdirir. Seçki prosesi qanunauyğun olaraq öz tempi ilə gedir. 90 saylı dairədə qanunun tələblərinə uyğun normal seçkilər keçiriləcək.
 
– Mayın 4-dək neçə nəfər namizədliyini irəli sürməklə bağlı müraciət edib?
– Artıq bizə müraciət eləyən kifayət qədər namizəd var. Mayın 4-nə olan məlumata görə, artıq 7 nəfər müraciət edib. Onlardan iki nəfəri siyasi partiyalarının, beş nəfəri isə öz təşəbbüsü ilə namizədliklərini irəli sürüblər.
 
– Namizədlərin irəli sürülməsi müddəti nə zaman başa çatacaq? İmza toplamaq üçün son müddət nə vaxtdır? İmza toplayıb təhvil verənlər varmı?
– Dediyim kimi, artıq 7 nəfər namizədlik üçün müraciət edib. Onlardan bir nəfərin-İlqar Məmmədovun namizəd irəli sürülməsi qeydə alınıb və ona imza toplanması üçün imza vərəqələri verilib. Yəni ilk imza vərəqələri verilən iddiaçı İlqar Məmmədovdur. Digər 6 nəfərlə bağlı da yəqin ki, yaxın günlərdə müvafiq qərarlar veriləcək. Onların kifayət qədər imkanları var ki, seçki mərhələlərində normal iştirak etsinlər. Hələ yalnız İlqar Məmmədov üçün imza vərəqələri verilib, ancaq bugünədək həmin imza vərəqələri və digər sənədlər geri qaytarılmayıb.
 
– Namizədlərin telekanallar və mətbuatda təbliğat-təşviqat kampaniyasının aparılması işi necə tənzimlənəcək?
– Seçki Məcəlləsinin tələbinə uyğun olaraq siyasi partiyalara və partiyalar blokuna o halda ödənişsiz efir vaxtı ayrılır ki, ölkə ərazisindəki seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürsünlər. Bilirsiniz ki, 18 iyunda yalnız bir dairədə seçki keçiriləcək. Ona görə də hansısa siyasi partiyanın ödənişsiz efir vaxtından istifadə eləmək hüququ yoxdur. Amma ödənişli efir vaxtından istifadə eləmək üçün bizə müraciət eləyən kütləvi informasiya vasitəsinin hansından istəsələr yararlana bilərlər.
– Aprelin 29-da Şəki Apelyasiya Məhkəməsində REAL sədrinin barəsində həbs qərarının dəyişdirilməsi ilə bağlı müraciətə baxıldı, ancaq müraciət təmin edilmədi. İlqar Məmmədovun həbsdə olması onun deputatlığa namizədliyinin qeydə alınması və seçkidə namizəd kimi iştirakına hansısa hüquqi baryer yarada bilərmi?
– İlqar Məmmədov həqiqətən hazırda məhkumluq həyatı yaşayır. Ötən ilin oktyabr ayında İlqar Məmmədov Ali Məhkəməyə kasasiya şikayəti vermişdi və Ali Məhkəmə onun şikayətini qismən təmin edərək Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi ki, İlqar Məmmədovun iddiasına yenidən baxılsın. Ali Məhkəmənin oktyabr ayında çıxardığı qərar qüvvəyə mindikdən sonra İlqar Məmmədov məhkum yox, təqsirləndirilən şəxs qismindəydi. Ona görə də İlqar Məmmədovun passiv seçki hüququ yarandı. Əgər insan məhkumdursa, namizəd ola bilməz. Amma onun haqqında Ali Məhkəmənin qeyd etdiyim qərarı olduğuna görə Şəki Apelyasiya Məhkəməsində qərar çıxarılana qədər İlqar Məmmədovun passiv seçki hüququ yarandı. Aprel ayının 25-də İlqar Məmmədov bu hüququndan istifadə edərək namizəd olması ilə bağlı müraciət elədi. DSK onun müraciətini qəbul edərək aprelin 28-də namizədliyini təsdiq etdi. Bizdə olan məlumata görə, aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi İlqar Məmmədov haqqında qərar çıxarıb. İlqar Məmmədov imza vərəqələrini dairə seçki komissiyasına qaytaranda Şəki Apelyasiya Məhkəməsinin müvafiq qərarını da təqdim eləməlidir. Dairə seçki komissiyası İlqar Məmmədov haqqında Şəki Apelyasiya Məhkəməsinin çıxardığı qərara baxıb onun namizəd olmasının mümkün olub-olmadığını müəyyənləşdirəcək. Seçki Məcəlləsinin 13.3.1 maddəsində qeyd olunur ki, əgər vətəndaşın üzərində məhkəmənin çıxardığı məhkumluq hökmü varsa, həmin vətəndaş seçkidə namizəd ola bilməz. Əgər İlqar Məmmədovun haqqında Şəki Apelyasiya Məhkəməsinin 29 aprel tarixli qərarı Seçki Məcəlləsinin 13.3.1 maddəsinə uyğundursa, yəni onun məhkumluğu saxlanılıbsa, namizədliyi qeydə alınmayacaq. Əks təqdirdə, əgər digər sənədləri seçki qanunvericiliyinin tələblərinə uyğundursa, İlqar Məmmədovun namizədliyi qeydə alına bilər. Seçki Komissiyası Seçki Məcəlləsinin tələbinə uyğun olaraq İlqar Məmmədovla bağlı indiyədək hansı addımlar atılmalıdırsa, onu həyata keçirib. Bundan sonrası qalır Şəki Apelyasiya Məhkəməsinin onun barəsində hansı qərarı çıxardığına. Həmin qərara uyğun olaraq İlqar Məmmədov haqqında qərar qəbul olunacaq. İlqar Məmmədov haqqında veriləcək qərar məhz Şəki Apelyasiya Məhkəməsinin verdiyi qərara əsaslanacaq, siyasi qərara yox. Heç bir siyasi qərardan söhbət gedə bilməz.
– Seçki kampaniyası başlayandan indiyədək MSK-ya şikayətlər daxil olub?
– Bu günədək nə dairə seçki komissiyasına, nə də Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmayıb. Ümid edirəm elə bir problem yaranmaz ki, hansısa namizəd olmaq istəyən şəxs, namizəd şikayət etməyə məcbur olsun.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cəbhədə gərgin gecə – Erməni təxribatı

Next Post

Savaş başlasa, Türkiyə ordusu Azərbaycana çağırıla bilərmi?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Savaş başlasa, Türkiyə ordusu Azərbaycana çağırıla bilərmi?

Davudoğlunun istefasına Ağ evdən reaksiya

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.