Bu gün səhər saatlarında Rusiyada 5 bayker öldürülüb.
Rusiya mətbuatı xəbər verir ki, hadisə Moskva ətrafında yerləşən Yeqorevsk rayonunun Çelnoxov kəndində baş verib.
27 yaşlı yerli sakinlə baykerlər arasında başlayan münaqişə qətlə yekunlaşıb.
Yerli sakib baykerlərə atəş açaraq onları qətlə yetirib. Həmin şəxs daha sonra hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb. Hazırda qatilin saxlanılması ilə əlaqədar əməliyyat keçirilir.




