"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Hamımız öləcəyik, lakin hamımız şəhid olmayacağıq!”

12 May 2016 - 07:55
in XƏBƏR LENTİ

miri

KXCP sədri Mirmahmud Mirəlioğlunun şəhidlərə ithaf etdiyi möhtəşəm bir yazını oxuculara təqdim edirik. İnanırıq ki, şəhid ucalığını, şəhid məqamının aliliyini son dərəcədə dəqiq, obrazlı ifadələrlə təsvir edən bu yazı, həyatını Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, şərəf və namusuna fəda edən bütün şəhidlərimizə böyük sevgi və ehtiramın təzahüri kimi  hər kəs tərəfindən maraqla qarşılanacaq və sevə-sevə oxunacaqdır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Şəhidlik  hər kəsin arzusudur, lakin hər kəsin nəsibi  olmaz

 

Bu vərəqlər neçə müddətdir ki, maşının oturacağında… Çox yerlər gəzib maşınla… O qədər günəş enerjisi qəbul edib ki…  Şəhid oğlu şəhid albay Raqubun  dəfnində… məzarı  üstündə dediklərim və … demədiklərim…

 

2016-cı ilin aprel şəhidlərinə…

Şəhid oğlu şəhid Raqubun, Qazi oğlu şəhid  Rasimin…  Və onların simasında bütün şəhidlərimizin uca xatirəsinə… aciz, zəif  sözlər…

Ey şəhid oğlu şəhid !

Ey Qazi oğlu şəhid !

Məqamını ali. Təyinatın ALLAHdan!. Sənin olduğun ali məqam hər kəsin arzusu, lakin hər kəsin nəsibi  olmaz.

Hamımız öləcəyik, lakin hamımız şəhid olmayacaq!

Torpağımızı Vətən etdin ,

İnşanımızı vətəndaş!

Bayrağımızı  ucaltdın!

Ruhumuzu diriltdin!

Dünyada alnımızı açıq, üzümüzü ağ etdin.

Bizə şərəf gətirdin, öz şərəfinlə.

Bizi birləşdirdin – hamını adam, insan, vətəndaş etdin!

Azərbaycanımızı – canımızı bizə qaytardın, sevdirdin, canını verərək!

ALLAH  qatına yüksəldin!

Qəbul olan dualar kimi.

 

Qəbul olan dualar –  ALLAH  qatında özü də, dua edər:

Deyərlər : “Ey şəxs, ALLAH  səni  ucaltsın , sən məni  ucaltdığın qədər”.

Azərbaycanı, Vətəni ALLAH  qatına yüksəldən şəhidlər –

Qan yaddaşımızı  təzələdiniz.

Bizə uğur, döyüş əzmi yaşatdınız.

Şəhidliyi sözlüyümüzə gətirən Sizdən 26 il öncə bu yolu gedən böyüklərimizin – 20 yanvar şəhidlərinin də yanında üzümüzü ağ etdiniz. 20  yanvardan Sizin Gününüzə qədər olan şəhidlərin ruhunu sevindirdiniz. Qardaşlarınız Mübarizin, Fəridin ruhunu şad etdiniz.

Ey hər şeyə qadir ALLAHın ən əzizləri şəhidlər!

Sizə layiq söz demək   çox çətin…

Siz.  ALLAH rəhmətinə bələnən, qovuşan, ALLAH qatında ruzilənən əbədi həyat sakinləri!

Canınızla, qanınızla bizi şərəfləndirib, başımıza tac oldunuz!

İndi də, ruhunuzla, duanızla torpağı, Vətəni, Cahanı qoruyursunuz!

Missiyanız davam edir!

20 yanvar şəhidlərinin 4-cü ildönümündə dediyimiz bir fikri bir daha  təkrar edirəm: “ Allah şəhidlərimizə, bütün şəhidlərə rəhmət eyləsin, Ruhları şad olsun!

Şəhidlərin qanından siyasi məqsədlər  üçün istifadə edənlərə  ALLAHın lənəti olsun”.

 

Şəxsən tanınmağım, bizi Dünyaya tanıdan şəhidlərə !

Şəhid sahinlərə!

Özləri də ruhları ilə  birgə göydə olanlara. Bizi- BİZ edib, özləri qədər göylərə ucaldanlara!

Sizi şəxsən tanımasaq  da…

ALLAHI,  MİLLƏTİ , Ümməti, Torpağı, Vətəni, Dövləti, Bayrağı tanıyanlara, tanıdanlara!

 

– Bizim şəhid babalarımız  vardı.

– Bizim şəhid  qardaş – bacılarımız vardı.

– Bizim şəhid balalarımız var!

Övladlar bizim genefondumuzdur. Genefondumuzu qorumaq –  vəzifəmiz,  boynumuzun borcudur.

– Bizim şəhidlərimiz Vətənimizin, Dövlətimizin, Bayrağımızın, Dinimizin, İmanımızın,  Özümüzün, sözümüzün, canımızın, qanımızın varlığıdır!

Şəhidlər istiqlalımızın qarantıdır

– Bizim şəhid Babalardan birinin məşhur sözü beləydi.

“İndi şəhid olmaq, gərək .ALLAH-ım  lütf qıl, o mən olayım”.

Qafqaz İslam Ordusunun Acıdərədə uyuyan, kimliyimizi yaşadan şəhid Qədir Əfəndinin əbədi  yaşar sözləri…

Mübarək məqamınız – bizi Sizlərə davamçı olmağa çağırır.

Bu çağrı –  Qələbə çağrısıdır!

Bu Qələbə – çox yaxındadır!

Bu Qələbə – bircə istəkdən asılıdır!

Bu qələbəni – nədənsə çox da asılı qoymayaq!

Şəhidlərin qanın yerdə qoymayaq!

Yoxsa hər şey, hava, su, nəfəs, can, yığdıqlarımız, yığmaq istədiklərimiz, əlimizdə olanla, əldə etmək istədiklərimiz bizə haram olacaq!

 

Guya mən də nəsə dedim .Çıxış etdim. Ən böyük çıxışı  şəhid özü  edib. Məşhur şairin dediyi kimi : – “…Nələr etmədik bu Vətən üçün,  Kimimiz şəhid oldu, kimimiz nitq söylədi”.

 

Mirmahmud Mirəlioğlu

KXCP sədri

İstiqlalçı millət vəkili 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Günün qoroskopu

Next Post

“Nəyinsə xətrinə hətta Kürdəmiri də erməniyə verdilər…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Nəyinsə xətrinə hətta Kürdəmiri də erməniyə verdilər...”

Neft sürətlə bahalaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.