"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropa Qarabağa görə Ermənistanı cəzalandırdı

14 May 2016 - 07:11
in XƏBƏR LENTİ

Avropa Birliyi (AB) ölkələri Ermənistana əvvəlcədən razılaşdırılmış 15 milyon avronu verməkdən imtina edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

AB təmsilçiləri razılaşmanın pozulmasını Ermənistanda «korrupsiyaya qarşı real mübarizənin olmaması» ilə əsaslandırsa da, ölkə rəhbərliyinin təmsilçiləri Avropanın bu addımını Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu bildirirlər.

Avropa ölkələrinin bu qərarını AB-nin Ermənistandakı səfiri Pyotr Svitalski bu gün İrəvanda korrupsiya və vətəndaşın ictimai-siyasi həyatda iştirakı ilə bağlı keçirilmiş “Hökumət – vətəndaş cəmiyyəti” forumu çərçivəsində elan edib: “Biz əminik ki, Ermənistan vətəndaşları da hökumətdən real fəaliyyət və nəticələr gözləyirlər. Biz hakimiyyət üçün vəsait ayırdıq, … onlar hələ paylanmayıblar və istifadə edilməyiblər. Bundan əlavə, əgər biz konkret addımlar görməsək, həmin pullar son ünvana çatmyacaq”.

Avropalı diplomat Ermənistan baş naziri Ovik Abramyanın Ermənistan iqtisadiyyatında inhisarçılığın rolunun güclənməsi barədə dünən etdiyi çıxışı xatırladıb. Mayın 12-də hökumət iclasında çıxış edən Ermənistan baş naziri dördgünlük aprel döyüşlərinin ölkənin problemlərini ortaya çıxardığını bildirib. Ovik Abramyan həmin problemlər sırasında korruprsiyaya qarşı mübarizənin yetərincə olmamasını, ordunun çağdaş tələblərə cavab verməməsini və s. bildirmişdi, Pyotr Svitalski də Ermənistanda korruprsiyaya qarşı mübarizənin yetərincə olmamasını göstərmək üçün baş nazirin bu çıxışına istinad edib.

Lakin Ermənistan rəsmiləri Pyotr Svitalskinin əsas kimi göstərdiyi bu arqumentlə razılaşmırlar. Elə Ovik Abramyanın rəhbərliyi ilə ötən il yaradılmış koorusi ya ilə mübarizə şurasının adının açıqlanmasını istəməyən üzvü Rusiyanın «Kolokol Rossii» portalına bildirib ki, Avropa Birliyinin kreditdən imtinasının kökündə Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsinin qaldırılması, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Qarabağ miünaqişəsində iştirakı durur. Yəni Avropa Birliyi Ermənistanın bu addımlarına qarşı çıxır.

Maraqlıdır ki, həmin tədbirdə korrpusiyaya qarşı mübarizə üzrə beynəlxalq «Transparency International» təşkilatının nümayəndəsi Varujan Oktanyan da çıxış edərək aprel döyüşlərindən danışıb: «Əgər belə davam edəcəksə, bu, dövlət müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Aprel müharibəsi bunu göstərdi».

Bütün bunlar göstərir ki, hətta Azərbaycanla soyuq münasibətləri olan beynəlxalq təşkilatlar Ermənistanın Dağlıq Qarabağda apardığı işğalçıq siyasətinə qarşı çıxırlar. Bu mövqe aprel döyüşləri günlərində Ermənistan prezidenti Serj Sarkisyanı qəbul etmiş Almaniya kansleri Angela Merkel tərəfindən də səsləndirilmişdi. Merkel münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacib olduğunu bildirmişdi.

Beynəlxalq təşkilatların bu mövqeyini Azərbaycanın xarici siyasətinin uğuru kimi dəyərləndirmək olar. Hələ 1990-cı illərdən erməni lobbisi aktiv iş apararaq münaqişəni milli-azadlıq hərəkatı kimi təqdim etməyə çalışırdı və bu sahədə müəyyən uğurlar əldə etmişdi. Buna misal kimi ABŞ Konqressi tərəfindən Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişi və s. göstərmək olar. Amma belə görünür ki, son illərdə Azərbaycan öz haqlı səsini müəyyən qədər beynəlxalq birliyə çatdıra bilib. Rəsmi Bakı bu fəaliyyətin bir qədər də dərinləşdirməklə öz ərazi bütövlüyünü hərb yolla təmin etmək üçün beynəlxalq səviyyədə legitim dəstəyə nail ola bilər. (Anspress)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Hafka”: “Mənim biznesimi Eldar Mahmudovla Cahangir Hacıyev çökdürdü…”

Next Post

Ermənistanda ən çox oğurluq ordudadır – Polkovnik

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənistanda ən çox oğurluq ordudadır - Polkovnik

Hakim oyuna sərxoş çıxdı - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.