İqtisadçı-ekspert: “Qiymətin 50 dollardan yuxarı qalxması yaxın gələcəkdə gözlənilmir”
Dünya bazarlarında neft bahalaşaraq 47,68 dollara çatıb. “Azeri Light” markalı Azərbaycan nefti isə mayın 12-də London əmtəə birjasında keçirilmiş hərraclarda 1 bareli 48,25 dollara satılıb. Qeyd edək ki, bu qiymət mayın 11-də qeydə alınmış qiymətlə eynidir.
Bəs görəsən Azərbaycan neftinin qiymətində bu tendensiya davam edəcəkmi? Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan neftinin qiyməti ayrıca müəyyən olunsa da ümumi olaraq Brent markalı neft ilə bağlıdır və onun qiymətləri ilə hesablanır: “Son günlər dünyada baş verən bəzi hadisələr dünyada neftin qiymətinə təsir göstərdi. Kanadada neft çıxarılan ərazilərdə böyük yanğın hadisəsi baş verdi və təxminən 800 min barelə yaxın neft hasilatı dayandırıldı. 3-4 gün bundan əvvəl isə Nigeriyada təxminən 400-500 min barel neft nəql edən boru kəməri terrorçular tərəfindən partladılıb. Orda indi bərpa işləri gedir. Yəni bu fundamental Brentin dəyişikliyi deyil, bu cür gündəlik hadisələr neftin qiymətinə təsir göstərir. Və neftin qiymətləri beynəlxalq münasibətlərə, dünyada baş verənlərə çox həssas reaksiya verdiyindən qiymət artımını müşahidə edirik. Bundan başqa bu həftə ABŞ-da neft hasilatında təqribən həftəlik 20-25 min barellik azalma da müşahidə olundu. Bu da neft qiymətlərinə təsir göstərdi”.
Ekspertə görə, Brentin bahalaşmasının davamlı olması üçün fundamental dəyişikliklərə ehtiyac var: “Yəni dünyada gündəlik tələb və təklif dəngəsi yaranmalıdır. Hələlik dünyada neftin gündəlik tələbi təqribən 93 milyon bareldir. Amma istehsal olunan neftin həcmi 95 milyon bareldən çoxdur. Yəni təklif tələbdən daha çoxdur. Qiymətlərin fundamental olaraq dəyişməsi və Brentin üzüyuxarı getməsi üçün müəyyən zamana ehtiyacı var. Ona görə də neft qiymətləri tez-tez dəyişən bir bazardır. Ola bilsin ki, gələn həftədən artıq qiymətlərdə korreksiya görək. Yenidən 40-45 barelə qədər enmə müşahidə ola bilər. İndiki dövrdə, gələn həftələrdə bəzi ölkələrin mövsüm ilə əlaqədar, yağ mövsümündən öncə neftayırma zavodlarında planlı təmir işləri görülür, çünki yay dövründə də daha çox benzinə ehtiyac olduğu üçün mazutdan benzinə keçid etmək üçün müəyyən təmir işləri görülür. Bu da çox güman ki, yaxın həftələrdə neft rezevrlərinin artması ilə müşahidə olunacaq. Həm Amerika, Avropa, həm də Asiya ölkələrində neft rezevrlərinin artması qiymətlərə mənfi təsir göstərir”.
Ekspertin fikrincə, bizim bazarda isə ən çox həssaslıqla izlənilən İranın bazardakı rolunun artmasıdır: “İki gün bundan öncə İran neft naziri artıq gündəlik hasilatın 4 milyon barelə çatdığını bəyan etdi və yaxın gələcəkdə daha bir milyon barelin artması ehtimal olunduğunu irəli sürdü. Bu da o deməkdir ki, neft bazarında bolluq hələ davam edəcək”.
Natiq Cəfərli dünyadakı neft qiymətlərinin müşahidə olunan səviyyədə qalmasının neft hasil edən ölkələri hələlik qane etdiyini bildirdi: “Çünki cəmi 2-3 ay bundan əvvəl neftin qiyməti 27-28 dollara qədər enmiş neft qiymətləri var idisə, indi qiymətlərdə 80 faiz artım müşahidə olunur ki, bu da hələlik neft istehsalçılarını qane edir. 45-50 dollarlıq koridor neft qiymətləri indiki şəraitdə çox optimal qiymətlər sayılır və bir çox neft hasil edən ölkələri, şirkətləri qane edəcək səviyyədədir”.
İqtisadçı neftin qiymətinin daha da artacağının gözlənilən olmadığını bildirib: “Neftin qiymətinin 50 dollardan yuxarı çəkməsi üçün bazarda ümumi fundamental dəyişikliklərə ehtiyac var, o da çox təəssüf ki, yaxın gələcəkdə mümkün görünmür”.