2014-cü ildə 3251 azərbaycanlı turist Misirə səfər edib. Bu, 2010-cu ilə müqayisdə iki dəfə çoxdur.
AzVision.az-ın məlumatına görə bunu Misir Turizm İdarəsinin Planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şokri bildirib.
Şokrinin sözlərinə görə, Bakı-Şarm əl-Şeyxi aviareysi açılandan sonra Misirə səfər edən Azərbaycan vətəndaşlarının sayının artacağı gözlənilir.
Şöbə rəhbəri qeyd edib ki, azərbaycanlılar əsasən qış aylarına Misirə səfər etməyə üstünlük verirlər.




