"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Minsk qrupu heç nəyə nail olmayıb` – Alman deputat

17 May 2016 - 19:14
in XƏBƏR LENTİ

Almaniya Bundestaqının CDU partiyasından olan deputatı, Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun üzvü Karl Georq Vellmann “TV BERLİN” televiziya kanalının “Bundestaqdan” adlı verilişinə verdiyi müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən, Almaniya-Azərbaycan münasibətlərinin gələcək inkişafından, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin artan rolundan bəhs edib.

 

Əvvəlcə özü haqqında məlumat verən Karl Georq Vellman Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan bəhs edərək deyib: “Bəzi postsovet ölkələrində, xüsusilə Azərbaycanda bizim enerji maraqlarımız var. Onlar zəngin neft və qaz ehtiyatlarına malik ölkələrdir. Almaniya karbohidrogenlərin ixracı üzrə dünya lideridir. Bizim böyük həcmli enerji resurslarına tələbatımız var. Bu, yalnız istilik naminə deyil, həmçinin sənayemizin dinamik inkişafı üçün də lazımdır. Məhz bu səbəbə postsovet respublikaları ilə əməkdaşlıq əlaqələrinin konstruktiv məcrada inkişaf etməsi bizim üçün böyük önəm daşıyır”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Aparıcının Qafqazda yerləşən post-sovet ölkələrində dini vəziyyətlə əlaqədar sualına cavab olaraq almaniyalı siyasətçi bildirib ki, Azərbaycan bu məsələyə çox diqqətlə yanaşır. Azərbaycan əhalisinin böyük əksəriyyəti islam dininə mənsubdur. Müasir Azərbaycan dünyavi və qədim multikultural ənənələri olan ölkədir. Orada bütün dinlər azaddır. Hətta böyük sayda olan yəhudi icmasının üzvləri azad şəkildə öz dinlərinə etiqad edirlər. Ölkə daxilində karyera artımı üçün heç bir əngəl yoxdur. Onlar sərbəst şəkildə sahibkarlıqla da məşğul olurlar. Azərbaycanda hökm sürən sabit vəziyyətin davamlı olsun bizim də marağımızdadır. Bu ölkədə sabitliyin hökm sürməsi Almaniyaya bu ölkə ilə yaxşı münasibətlər qurmaq üçün yeni imkanlar açır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salan, həll prosesinin mümkün perspektivlərinə toxunan Bundestaq üzvü məlumat verib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib. Beynəlxalq hüquqa əsasən bu ərazi Azərbaycanın bir hissəsidir. Ötən əsrin 1990-cı illərin əvvəllərində orada baş qaldırmış separatizm hərəkatı hərbi münaqişə ilə nəticələnib. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilib. Beynəlxalq ictimaiyyətin bütün səylərinə, ən əsası isə münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun diplomatik fəaliyyətinə baxmayaraq hələ də problemin həlli ilə bağlı heç bir nəticə əldə olunmayıb.

Karl Vellmann hesab edir ki, lokal hərbi toquşmaların genişmiqyaslı müharibəyə çevrilməməsi üçün hər zaman orta məxrəcə gəlmək olar. Təbii ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən geri çəkməlidir. Yalnız bu addım dalana dirənmiş sülh prosesində tərəqqinin baş verməsinə təkan verə bilər. O, sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi məsələsinə də nəzərdən keçirilməsini mümkün həll variantlardan biri olduğunu vurğulayıb.

Azərbaycanda olan qaçqın probleminə toxunan almaniyalı siyasətçi deyib: “Azərbaycan böyük qaçqın və məcburi köçkün ordusuna sığınacaq verməklə, regionda böyük humanitar böhranın baş verməməsi üçün əlindən gələni edib. Demək olar ki, təkbaşına onların bütün problemlərini öz üzərinə götürdü və heç bir ölkədən yardım istəmədi. Fikrimcə, məcburi köçkünlərin üzləşdiyi problemlər girdabından qurtarmağın yeganə çıxış yolu onların doğma yurdlarına qayıtması ola bilər.

Bu mənada ATƏT-in Minsk qrupunun üzərinə böyük bir iş düşür. Artıq bütün dünya Minsk qrupundan konkret nəticələr gözləyir. Sadə dillə desək, indiyə qədər o heç nəyə nail olmayıb və ona bəslənilən ümidlər özünü doğrultmayıb”.

Mark Vellman daha sonra vurğulayıb ki, ABŞ, Fransa, və Rusiyanın həmsədr olduqları Minsk qrupunun icra mexanizmləri yoxdur. Onlar qəbul etdikləri qərarları həyata keçirməkdə çətinik çəkirlər. Elə təəssürat yaranır ki, Ermənistan Azərbaycan ilə konstruktiv danışıqlar aparmaqdan boyun qaçırır. Ümumiyyətlə, bu ölkənin siyasi rəhbərliyi buna hazır deyil.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sarkisyanın `800 hektar` etirafı Ermənistan internetini `partlatdı`

Next Post

“Moskva Qarabağda sülh istəmir” – “The Huffington Post”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Moskva Qarabağda sülh istəmir” - “The Huffington Post”

Bakıda saxta spirtli içki satanlar ifşa olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.