Azərbaycanlı hüquqşunas Amerika Birləşmiş Ştatlarında hakim vəzifəsinə seçilib.
Azərbaycanlı Rövşən Şərifov Nyu-York məhkəməsinə hakim seçilib.
Qeyd edək ki, R.Şərifov Azərbaycan tarixində Amerikada hakim seçilən ilk azərbaycanlıdır.
Rövşən Şərifov Bakı Dövlət Universiteti Hüquq fakültəsinin məzunudur. O, ötən əsrin 90-cı illərində Azərbaycanı tərk edib və Nyu-Yorkda məskunlaşıb. Orada bir çox iri şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərib. O, həm də uzun müddət Manxetten prokurorluğunda işləyib.




