"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Çeçenistanı Bakı üçün əhəmiyyətli edən nədir?

26 May 2016 - 09:33
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Çeçenistanı Bakı üçün əhəmiyyətli edən nədir?

Elxan Şahinoğlu: “Ramiz Mehdiyev Kadırovla görüşdə ”Azərbaycan xalqı həmişə çeçen xalqının yanındadır” ifadəsini işlədib, Kadırov isə…”

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Qroznıda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşməsi, görüş zamanı qarşılıqlı olaraq xoş sözlərin işlədilməsi Azərbaycanın və Çeçenistanın bir-birinə önəm verməsinin bir sübutu kimi şərh edilir. Eyni zamanda Rusiyaya tabe olan Çeçenistanın Azərbaycan hakimiyyəti üçün əhəmiyyətinin nədən ibarət olması sualını meydana gətirir.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycana lazımdır ki, Şimali Qafqazda sabitlik, təhlükəsizlik sistemi olsun və nəticədə Azərbaycana sərhəddən, nəqliyyat xətləri baxımından problemlər yaranmasın. Azərbaycanın daha bir marağı odur ki, Azərbaycanın Rusiyaya ixrac etmək istədiyi kənd təsərrüfatı məhsullarının aparılması zamanı Dağıstanla sərhəddə, Şimali Qafqazda üzləşilən müəyyən maneələr ortadan qaldırılsın: “Şimali Qafqazla, o cümlədən Çeçenistanla elə də həddən artıq böyük hədəflərimiz yoxdur. Şimali Qafqaz, Çeçenistan Rusiyaya bağlı bir bölgədir, Rusiya ilə də rəsmi Bakının münasibətlərinin necə olduğu bəllidir. Bizim Şimali Qafqazda, o cümlədən Çeçenistanda yaşayan qardaş millətlərlə tarixi bağlılığımız var. Bu bağlılığın qorunub saxlanması baxımından da həm Çeçenistanla, həm də digər Şimali Qafqaz respublikaları ilə sıx təmaslarımız qurulur. Harada sərfəlidirsə oraya iqtisadi yatırımlar da qoymaq olar. Təmasları davam etdirmək lazımdır. Artıq bu gün Çeçenistan Şimali Qafqazın ən sakit bölgəsi sayıla bilər. Dağıstanda, İnquşetiyada, Qaraçay-Çərkəzdə terror aktları olur. Amma Ramzan Kadırovun güclü təhlükəsizlik sistemi qurmasının nəticəsidir ki, Çeçenistanda sakitlikdir. Bunu da Ramiz Mehdiyev görüşdə qeyd etdi.
Amma bu, o demək deyil Azərbaycan bir dövlət olaraq Çeçenistanla-ayrıca bir bölgə ilə əməkdaşlığını daha da genişləndirəcək. Kadırov çox istəyərdi ki, Azərbaycan Çeçenistana yatırım qoysun, necə ki, bunu Dağıstanın prezidenti Abdulatipov istəyirdi və bu yaxınlarda Bakıya səfər etmişdi. Amma Azərbaycan bu məsələlərdə bir az ehtiyatlıdır. Mən bu siyasəti haqlı olaraq dəstəkləyirəm. Çünki Şimali Qafqaz respublikalarına yatırım qoymağın riskləri böyükdür. Birincisi, bu bölgələrdə korrupsiya var. İkincisi, orada zavod, fabrik açsaq, ortaq müəssisələr açsaq bu,  nə qədər səmərəli olacaq. Üçüncüsü isə təhlükəsizlik məsələləri. Bütün bu faktorları nəzərə alsaq mən hesab etmirəm ki, Azərbaycan Çeçenistana yatırımları artıracaq”.
Politoloq qeyd etdi ki, Ramiz Mehdiyevin Kadırovla görüşdə çeçen xalqını qardaş xalq adlandırması doğru yanaşmadır: “Ramiz Mehdiyevin bu fikri ilə razıyam ki, bəli, çeçen xalqı bizə qardaş xalqdır, ən ağır dönəmlərdə də Azərbaycan çeçen xalqının yanında olub. Çeçenistanda keçirilən beynəlxalq təhlükəsizlik toplantısında iştirak edən Ramiz Mehdiyev bu respublikanın rəhbəri Ramzan Kadırovla görüşdə onu və mərhum atasını xeyli tərifləyib. Öz növbəsində Kadırov da Azərbaycan hakimiyyəti haqqında xoş sözlər deyib. Lakin Kadırov Ramiz Mehdiyevlə görüşdə ”Azərbaycan torpaqları işğal altındadır və biz bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik” kimi ifadələr işlətmədi. Ramzan Kadırov işğal faktına toxunmayıb. Halbuki Ramiz Mehdiyev Kadırovla görüşdə “Azərbaycan xalqı həmişə çeçen xalqının yanındadır” ifadəsini səsləndirib. Kadırov sadəcə deyib ki, ortaq düşmənə qarşı mübarizə aparmalıyıq. Lakin ortaq düşmən deyərkən kimi nəzərdə tutduğunu deməyib”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`İspaniyanın və Azərbaycanın düşmənləri eynidir`

Next Post

Tələbələr üçün iş və təcrübə qazanmaq şansı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Tələbələr üçün iş və təcrübə qazanmaq şansı

Eldar Mahmudovun şifrəli mesajları haqda heyrətamiz məlumatlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.