"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AXCP sədri:”Almaniya Dağlıq Qarabağla bağlı da mövqeyini itirmiş hesab olunur”

03 İyun 2016 - 12:03
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

“Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanıması bu ölkənin tarixində bir ləkə kimi qalacaq. Doğrusu, Almaniyanın belə bir məsuliyyətsiz addım atacağı heç zaman ağlıma gəlməmişdi. Elə bu xəbəri oxuya-oxuya hoteldən Brüsselin küçələrinə baxıram və elə gözümün önündə bir türk restoranı var. Avropada kifayət qədər mədəni, oxumuş və oturuşmuş türklər var. Almaniyada isə onların sayı 3 milyondan çoxdur. Təbii ki, Türkiyə Almaniya münasibətləri ciddi zərər görəcək. Dolayısı ilə yox, həm də bu hərəkət Azərbaycan- Almaniya münasibətlərinə də təsir göstərəcək”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Budestaqda qondarma erməni soyqırımının qəbuluna münasibət bildirəkən deyib.

Partiya sədrinin sözlərinə görə, bu günə kimi Almaniya Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə bağlı sözü dinləniləcək bir ölkə sayılırdı: “Hətta Minsk Qrupunun həmsədr ölkəsi kimi də irəli sürülürdü. Almaniya qondarma erməni soyqırımını tanımaqla Dağlıq Qarabağla bağlı da mövqeyini itirmiş hesab olunur.

Avropa anlamaq istəmir ki, bu çığallıq münasibətlərin daha da pisləşməsinə gətirib çıxarır. 100 il bundan qabaq ölmüş insanların qəbrini qazımaq kimə şərəf gətirir?

Almaniya, ümumiyyətlə isə Avropa Birliyi ölkələri səhv yoldadır. Əgər onlar həqiqət axtarırlarsa, uzağa getməsinlər. Gözlərinin qabağında ermənilərin törətdiyi Xocalı qətliamı var, bir milyona yaxın məcburi qaçqın və köçkün var. Onları görsünlər. Ermənilərin iddia etdiyi qondarma soyqırımın yüz yaşı, Xocalı qətliamının isə cəmi 24 yaşı var. Ədalətli olmaq istəyirsinizsə, Xocalı qətliamını tanıyın və eyni zamanda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edin”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Erməni soyqırımı”na qarşı çıxan tək millət vəkili danışdı

Next Post

Konstantin Kosaçev: “Qarabağ probleminin həlli üçün ciddi addımlar atılacaq”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Konstantin Kosaçev: “Qarabağ probleminin həlli üçün ciddi addımlar atılacaq”

Deputat Almaniyanın gizli məqsədini açdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.