“Dağlıq Qarabağda güc balansı olduqca vacibdir və Rusiya rəsmiləri buna razıdırlar”
Bunu Rusiya-Ermənistan parlamentlərarası komissiyalarının Kazan və Moskvada keçirilən görüşlərinin yekunlarına dair jurnalistlərə açıqlamasında Ermənistanın vitse-spikeri Ermine Naqdalyan bildirib.
Vitse-spikerin sözlərinə görə, Ermənistanda Rusiyaya qarşı səslənən ittihamlar ciddi qəbul edilməməlidir: “İllərdir bizim regionda güc balansı saxlanılıb və buna istiqamətlənmək lazımdır. Biz belə düşünürük və rusiyalı həmkarlar da bu fikirdədirlər. Yeri gəlmişkən bunu iclasda iştirak edən Rusiya XİN-in nümayəndəsi də təsdiqlədi”.




