"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Prezident yunan olanda baş nazir türk olacaq…” — Politoloq

08 İyun 2016 - 15:54
in XƏBƏR LENTİ

"Prezident yunan olanda baş nazir türk olacaq..." —  Politoloq

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

BMT baş katibinin Kipr üzrə xüsusi müşaviri Espen Bart Eydeni bildirib ki, Kipr münaqişəsi 2016-cı ildə öz həllini tapacaq.

Bununla bağlı Şimali Kipr Türk Respublikasının lideri Mustafa Akıncı BMT baş katibinin Kipr üzrə xüsusi müşaviri Espen Bart Eyden görüşüblər. Görüşdən sonra belə qərara gəlinib ki, Kipr problemi yaxın zamanda həll olunsun.

Kipr məsələsinin həlli ilə bağlı politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

“Kipr probleminin həllində xeyli məsafə qət edilib. Kipr probleminin həllində vaxtilə BMT-nin baş katibi olmuş Kofi Annanın irəli sürdüyü plan bu gün də müəyyən dəyişikliklərlə gündəmdədir və əsas həll variantını təşkil edir. Bu həll variantı kifayət qədər cazibədar görünür. Kiprin konfederativ quruluşu nəzərdə tutulur. Bu konfedarativ quruluşda ölkənin prezidenti və baş naziri dəyişimli olaraq sıra ilə seçiləcək. Prezident yunan olanda baş nazir türk olur, prezident türk olduqda isə baş nazir yunan olur. Beləcə ölkənin idarə edilməsində hər iki xalq bərabər iştirak edir.

Şimali Kiprdə bəzi ərazilər boşdur. Yunanlar oradan qaçıb gedən zaman kiçik bir şəhər və bir neçə kənd boş qalıb. Həmin ərazilərə yunanlar məskunlaşdırılacaq. Ölkədə əhalinin miqrasiyası üçün istər yunan, istərsə də türk, hər kəs üçün bərabər şərait yaradılacaq. Hər hansısa məhdudiyyət qoyulmayacaq. Büdcənin formalaşdırılmasında, büdcədən ayrılan vəsaitlərdə hər icmadan toplanmış vergi, eləcə də hər icmanın işgüzar dairələrinin ölkənin ümumi iqtisadiyyatına qatqısı nəzərə alınmaqla rifah halı müəyyən ediləcək.

Tədricən iki xalq arasında psixoloji və mənəvi sərhədlər aradan qaldırılacaq. Onların vahid dövlətə çevrilməsi prosesi olacaq. Parlamentin tərkibi əhalinin sayına görə müəyyənləşdiriləcək. Ölkədə əhalinin 65%-i yunan olduğuna görə parlamentdə yunanlar üstünlük təşkil edəcək.

Vahid ordu təşkil ediləcək. Təxmini sərhədlər müəyyənləşdiriləcək. Sərhədlər şərti olacaq, ancaq hansı torpaqlarn kimə aid olduğu müəyyənləşdiriləcək. Asayiş qüvvələri yerli əhalidən təşkil ediləcək. Milli ordu isə hər iki xalqın nümayəndələrində formalaşdırılacaq.

Bu plan gündəmdədir. Bu planı Yunanıstan və Türkiyə bəyənib. Kiprin yunan respublikasının prezidenti bu planın həyata keçməsinə müəyyən əngəllər yaradır. Kipr məsələsi barədə beynəlxalq müşavirənin keçirilməsini ləngidir. Əks müşahidəçilər belə hesab edir ki, Kipr məsələsinin həllinə dair əlverişli həll variantı tapılıb. Həll variantının reallaşdırılması bu bölgədə sülhə, əmin-amanlığa gətirib çıxara bilər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əliyevin bu açıqlaması təsadüfi deyildi – Politoloq

Next Post

Ermənistana keçən qadının anası: `Qızım bir neçə dəfə evdən qaçıb`

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənistana keçən qadının anası: `Qızım bir neçə dəfə evdən qaçıb`

Mirşahindən sərt açıqlama: `Onları məhkəməyə verəcəyəm`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.