Meksikanın Puebla ştatında naməlum şəxslər 11 nəfərdən ibarət ailəni güllələyib.
Xarici KİV xəbər verir ki, hadisə iyunun 10-da səhər saatlarında baş verib.
Koskatlan Visente Lopesa de la Veqa şəhərinin meri bildirib ki, ölənlərdən 5-i qadın, 4-ü kişi, 2-si uşaqdır.
Daha iki az yaşlı ağır yaralanıb və onlar yerli xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.




