"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın Türkiyədəki səfiri İzmir və Manisa şəhərlərində səfərdə olub

24 Avqust 2014 - 00:56
in XƏBƏR LENTİ
Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü və Türkiyə-Azərbaycan Biznes Şurasının birgə 87e937d870930f56a049d38bc42e6609təşkilatçılığı ilə avqustun 20-22-də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Faiq Bağırov Türkiyənin İzmir və Manisa şəhərlərində işgüzar səfərdə olub.

 

Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Səfərin birinci günündə  Faiq Bağırov İzmirin Əliağa rayonunda AR Dövlət Neft Şirkəti tərəfindən inşa edilmiş Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyini ziyarət edib, liseydə şagirdlər üçün yaradılmış şərait, liseyin tədris sistemi və gələcək inkişaf planları ilə tanış olub. Ziyarətin sonunda liseyə ölkəmiz haqqında kitab və jurnallar hədiyyə edilib.

Səfir daha sonra İzmirin Əliağa rayonunda yerləşən “Petkim PetroKimya” şirkətini ziyarət edib. Ziyarət zamanı şirkətin baş direktoru Sadettin Korkut tərəfindən AR Dövlət Neft Şirkətinin Əliağa rayonundakı investisiya layihələri, o cümlədən “Petkim” neft-kimya kompleksi, “Star” neftayırma zavodu, “Petlim” konteyner limanının inşası durumu ilə bağlı təqdimat edilib.

Səfərin ikinci günündə səfir Faiq Bağırov İzmir valisi Mustafa Toprak, İzmir böyükşəhər bələdiyyəsinin sədr müavini Sırrı Aydoğan, Egey bölgəsi sənaye palatasının sədri Ender Yorgancılar, eləcə də Azərbaycanın İzmirdəki diaspora üzvləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin xüsusiliyi vurğulanıb və bütün sahələrdə uğurla davam edən əməkdaşlığın ölkələrimizin regionları arasında daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Daha sonra  Faiq Bağırov Egey bölgəsi sənaye palatasında çox sayda iş adamının qatıldığı geniştərkibli toplantıda iştirak edərək ölkəmiz haqqında iştirakçılara ətraflı məlumat verib. Səfir İzmir səfərinin sonunda şəhərdə yerləşən “Egey sərbəst sənaye bölgəsini” ziyarət edib.

Regiona səfərinin üçüncü günündə Faiq Bağırov Manisada olub. Səfir Manisa valisi Erdoğan Bektaş, Manisa böyükşəhər bələdiyyəsinin baş katibi Halil Memiş, Manisa ticarət və sənaye palatasının sədri Yaşar Coşkun, habelə Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvləri ilə görüşlər keçirib. Səmimi şəraitdə keçən görüşlər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyəsindən bəhs edilib və bölgələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti haqda müzakirələr aparılıb. Manisa səfərinin sonunda səfir Faiq Bağırov vilayətdə yerləşən “Manisa mütəşəkkil sənaye bölgəsi” ilə tanış olub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Liviyada hava limanı zəbt edildi

Next Post

İsraildən amansız xəbərdarlıq: ÖLDÜRƏCƏYİK!..

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İsraildən amansız xəbərdarlıq: ÖLDÜRƏCƏYİK!..

BU FOTOLARA MÜTLƏQ BAXIN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.