"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistandan geri qala bilərik

13 İyun 2016 - 13:06
in XƏBƏR LENTİ

“Atlas” Araşdırmalar Mərkəzi Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son prosesləri analiz edən məqalə hazırlayıb.

Elchi.az  həmin yazını təqdim edir:

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İlham Əliyev Berlindəki çıxışında belə bir fikir söylədi ki, atəşkəsin mövcud olduğu 22 ildə Azərbaycan böyük layihələr həyata keçirib, ölkənin hən maliyyə potensialı artıb, həm də neft və qazı dünya bazarlarına çıxaran boru xətləri tikilib. Azərbaycan Türkiyə, Gürcüstan, Rusiya və İranla birgə regional nəqliyyat layihələrini reallaşdırır.

Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığına və Dağlıq Qarabağ münaqişəsinin həllini uzatdığına görə heç bir regional layihədə iştirak edə bilmir. Rusiya və İran Ermənistanın strateji müttəfiqləridir. Buna baxmayaraq, Rusiya məhz Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərir. Çünki Azərbaycanla əməkdaşlıq Rusiya üçün daha faydalıdır. İran rəsmiləri son zamanlar erməni həmkarları ilə görüşlərinə intensivləşdirmələrinə baxmayaraq, Tehranın Ermənistanla iqtisadi layihələr reallaşdıracağı problematikdir.

Birincisi, Rusiya və İran Azərbaycan üzərindən dünya bazarlarına çıxmaq imkanı qazanırlar.

İkincisi, Azərbaycan öz ərazisindən keçən nəqliyyat yollarını öz hesabına maliyələşdirir.

Ermənistan bu faktorların heç birinə malik deyil.

Buna baxmayaraq, rəsmi İrəvan digər məsələlərdə Azərbaycanı qabaqlamaq istəyir. Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan iyunun 5-də İrana səfər etdi. Bu səfərdə erməni nazir iranlı həmkarı ilə iki ölkə arasında viza rejiminin liberallaşdırılması barədə sənədə imza atdılar. Yəni yaxın müddətdə viza tələb edilmədən İran vətəndaşları Ermənistanda, Ermənistan vətəndaşları isə İranda 90 gün müddətinə qala biləcəklər.

Bu məsələdə Azərbaycan Ermənistandan geri qala bilər. Rəsmi Bakı Türkiyə və İran vətəndaşlarına qarşı tətbiq edilən viza ortadan qaldırılmalıdır. Və viza qərarının Türkiyə və İran vətəndaşları ilə bağlı eyni gündə verilməsi doğru olar. İranda yaşayan azərbaycanlıların Arazın bu tayındakı vətənlərinə rahat gəlmələrinə şərait yaradılmalıdır. Bu həm turizmin inkişafına xidmət edəcək, həm də Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Rəsmi Bakı İranda yaşayan azərbaycanlıların rəsmi Tehranın xarici siyasətinə, o cümlədən Ermənistanla əməkdaşlığına təsir etməsini istəyir. Buna nail olmaq üçün isə İranda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına sərbəst daxil olmalarına şərait yaradılmalıdır.

Bu arada, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov maraqlı açıqlamalar verdi. Adətən danışıqların gedişatı və təkliflər haqqında amerikalı həmsədr Ceyms Uorlik açıqlama verir. Bu dəfə isə rusiyalı diplomat bəzi detallara aydınlıq gətirdi.

Birincisi, İqor Popovun sözlərinə görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çərçivə sazişi ilə bağlı anlaşmanın əldə edilməsi üçün perspektivlər mövcuddur.

İkincisi, rusiyalı diplomat dedi ki, cəbhə bölgəsində insidentlərin araşdırılması mexanizmi ilə bağlı ən yüksək səviyyədə razılıq əldə edilib və hazırda ATƏT mütəxəssisləri bu məsələnin həlli ilə məşğuldurlar.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu ayın sonunda baş tutmalıdır. Rusiya prezidentinin vasitəsilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində görüşəcəkləri ehtimal edilir. Buna baxmayaraq, bu görüşdən real nəticə çıxmayacaq. Çünki Minsk Qrupu fəaliyyətini çərçivə sazişinə yox, atəşkəs mexanizminin gücləndirilməsinə yönəldib. Bu isə rəsmi Bakını razı sala bilməz. Azərbaycan hakimiyyəti diqqətin daha çox çərçivə sazişinə yönəldilməsini istəyir. Çünki həmin sazişdə münaqişənin mərhələli şəkildə həlli göstərilməlidir. Hələ ki, bu istiqamətdə irəriləyiş yoxdur. Bu olmadığına görə də Azərbaycan prezidenti atəşkəsin kövrək olduğunu bildirir. Başqa sözlə, atəşkəs müvəqqətidir.

Atəşkəsin müvəqqəti xarakter daşıması və yeni toqquşmaların başlaması ehtimalı isə daha çox Dağlıq Qarabağın erməni əhalisini qorxudur. Məsələn aprel atyındakı döyüşlərdən sonra Talış kəndinin erməni əhalisi evlərini tərk ediblər. Ermənistan hakimiyyəti və Xankəndidəki separatçılar Talış kəndini tərk edən erməniləri yenidən evlərinə qaytarmaq istəyirlər. Bunun üçün separatçılar Talış kəndinin keçmiş sakinlərinə “Sizə yeni evlər tikəcəyik”, “pul verəcəyik” kimi müxtəlif vədlər verirlər. Ancaq Ermənistanın müxtəlif rayonlarında və Xankəndidə məskunlaşan ermənilər Talış kəndinə qayıtmaq istəmirlər. Onlar nə təzə ev, nə də pul istəyirlər, yeganə istəkləri Talışda təhlükəsizliklərinin təminatıdır. O da işğal davam etdikcə, mümkün deyil və bunu Talış kəndinin erməni sakinləri Ermənistan hakimiyyətindən və Xankəndidəki separatçıların liderlərindən daha yaxşı anlayırlar.

Separatçıların “prezidenti” Bako Saakyan Talış kəndinin Marine Saakyan adlı azyaşı uşaq anasına bu sözlərlə müraciət edib: “Sizə hər cür şərait yaradacağıq, qayıdın kəndinizə”. Qadının cavabı maraqlı olub: “Talış kəndinin məskunkaşdırılması Sizə bu qədər çox lazımdırsa, qoy Sizin ailəniz bizim evə köçsün və Azərbaycan ordusu ilə təmas xəttində yaşasın, biz isə Xankəndidə ağır şəraitdə də yaşamağa hazırıq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsmayıllıda sel aparan 12 yaşlı qız xilas edildi

Next Post

`Müxalifət bir daha hakimiyyətdə ola bilməz` – Əli Hüseynli

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Müxalifət bir daha hakimiyyətdə ola bilməz` - Əli Hüseynli

İsmayıllı təbii fəlakətdən sonra - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.