İşğal altındakı rayonlarımız elan və reklamlarda Ermənistanın tarixi torpaqları kimi təqdim olunur; hərbi ekspertlər isə belə səfərləri önləməyin ən asan yolunu göstərirlər
Moskvadan Kəlbəcərə turist turları təşkil edilir. Bu barədə moderator.az saytının yaydığı, fakta əsaslanan xəbərdə deyilir. Bildirilir ki, Rusiyadakı bir sıra turizm şirkətləri işğal altındakı Azərbaycan torpaqlarına turizm turları təşkil edir və bu azmış kimi, öz təqdimatlarında, elanlarında həmin bölgələri Ermənistan əraziləri kimi göstərirlər.
Fakt kimi isə Rusiya paytaxtının mərkəzində, “Belaruskaya” metro stansiyasının yaxınlığında 1-ci Yamskoye Pole küçəsi, ev 10 ünvanında yerləşən “Svejiy veter”(“Sərin külək”) səyahətçilər klubunun reklam elanları göstərilir. 2010-cu ildə yaradılan, əvvəlcə yalnız ölkə daxilindəki görməli yerlərə səyahətlər təşkil edən qurum artıq bir neçə ildir ki, vətəndaşları digər qonşu ölkələr, o cümlədən Ermənistana da turlara cəlb edir və bu səyahət klubu üçün Ermənistan deyəndə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ, Şuşa, Laçın, Kəlbəcər kimi əsrarəngiz təbiəti olan Azərbaycan bölgələrini də nəzərdə tutur.
Bu il iyulun 11-dən 15-dək təşkil edilən Sevan gölünün də daxil olduğu 5 günlük səyahət turunda “Karvaçar” adlandırılan Kəlbəcər torpaqları belə təqdim edilir: “Naməlum Karvaçar. Dağlıq Qarabağın (Ermənistan) ən yüksək dağlıq rayonuna səyahət. Dağlıq Qarabağın ən yüksək dağlıq rayonuna səyahət. Burada biz coşqun çayların və qeyzerlərin arasındakı sərt dərələrdə, 2000 metrdən çox hündürlüyü olan zirvələrdə bir neçə gün keçirəcəyik. Karvaçar torpaqları hətta ermənilərin özü tərəfindən də az tədqiq olunub. Yaxşı ov, qaynar bulaqlardan axan müalicəvi su və Qarabağda ən yaxşı dağ balı – bu bölgə barədə ən geniş yayılmış assosiasiyalar bunlardır…”

“Svejiy veter” klubunun Azərbaycana qarşı daha bir qanunsuzluğu “Kəlbəcər Qarabağ qoşunları tərəfindən azad edilib” yazmasıdır: “Bu diyarın Qarabağ qoşunları tərəfindən azad edilməsi və onun tarixi Ermənistan sərhədlərinə daxil edilməsindən sonra azərbaycanlılar bu torpaqları tərk etmişlər…”
Bundan sonra turistlərin səyahət zamanı görəcəyi yerlər sadalanır. Öncə 1900 m hündürlükdə yerləşən, şəffaf və təmiz sulu Göycə (“Sevan”) gölü, onun çimərlikləri təsvir edilir. Sonra Kəlbəcərin görməli yerləri sadalanır, Tərtər çayı boyu “Qarabağ və Ermənistanın ən gözəl yerlərindən biri” olaraq təqdim edilir. Sonda səyahətin planı göstərilir. 7 nəfərlik qrupda gəzintinin qiyməti bir nəfər üçün 12 min rubldur. Moskvadan İrəvana və əksinə təyyarə ilə uçuş buraya daxil deyil. Səyahətçinin öz hesabınadır.

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə, həmçinin Kəlbəcərə bu cür qanunsuz turist səyahətləri təşkil edilməsi və ərazilərimizin Ermənistan ərazisi kimi təqdim edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hansı addımlar atacağı, məsələnin Rusiya hökuməti qarşısında qaldırılıb qaldırılmayacağı ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bu məsələ araşdırılacaq və lazımi tədbirlər görüləcək: “Azərbaycanın işğal olunmuş ərazilərinə bu kimi qanunsuz turist səfərlərinin həyata keçirilməsi ilə bağlı məsələ Ümumdünya Turist Təşkilatının İcraiyyə Şurasının iclasında da Azərbaycan tərəfindən qaldırılıb. İcraiyyə Şurasının da tövsiyəsi vardır ki, işğal olunmuş ərazilərə və yaxud münaqişə zonalarına turist səfərlərinin təşkil olunmasından turist turları təşkil edənlər çəkinməlidirlər”.
Bir sıra ekspertlər isə hesab edir ki, həmin turist səfərlərinin təşkili Rusiya dövləti tərəfindən həyata keçirilməsə də təşkilatçılar Rusiyanın fiziki və hüquqi şəxsləri olduğu üçün Azərbaycan rəsmi şəkildə Rusiya hökumətinə narahatlığını, etirazını bildirməlidir. Rusiya hökumətindən tələb edilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turist səfərləri təşkil eləyən və həmin əraziləri də “Dağlıq Qarabağ Respublikasının ərazisi” kimi təqdim edən fiziki və hüquqi şəxslərin bu qanunsuz hərəkətinin qarşısı alınsın.
Hərbi ekspertlər isə bu cür səfərlərin qarşısını almağın ən asan yolunun olduğunu bildirirlər: “Azərbaycan ordusu qanunsuz turist səfərləri təşkil edilən işğal altındakı Kəlbəcərə və digər bu kimi rayonlarımıza raket zərbələri endirsə, bundan sonra heç kim qorxusundan o rayonlara gəlməz”.