Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşır.
Publika.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, Brent markalı neft 0,70 dollar (1,40 faiz) itirərək 49,13 dollara düşüb. WTI markalı neft isə 0,68 dollar (1,40 faiz) ucuzlaşaraq 47,81 dollar təşkil edib.
Xatırladaq ki, bir neçə gün öncə Brent markalı neftin qiyməti 52 dolları keçmişdi.




