"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Manat yaydan “salamat” çıxa biləcəkmi?

20 İyun 2016 - 10:40
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Manat yaydan “salamat” çıxa biləcəkmi?

Ekspertlər yenidən milli valyutanın durumuna diqqət çəkirlər, çünki…

Milli valyuta olan manat yenidən cüzi olaraq ucuzlaşmaqdadır. Ekspertlər yenidən manatın dəyərdən düşməsi ehtimallarına diqqət çəkiblər. Bildirilir ki, FES-in uçot dərəcəsini artırmaması dolların bahalaşmasının qarşısını müvəqqəti alsa da, təhlükə sovuşmayıb. Üstəlik, FES-in iyul ayında da toplantısı gözlənilir. 
 
Ekspertlər qeyd ediblər ki, bir il ərzində manatın kəskin ucuzlaşması təhlükəsi qalmaqdadır. “Formula 1″ yarışları ilə bağlı ölkəyə gələn xarici valyuta isə manatla bağlı proseslərə təsir etmək gücündə deyil, çünki turistlər az, xərclənən valyuta da yetərli deyil.
Ekspert Əkrəm Həsənov musavat.com-a bildirib ki, manat yaydan normal şəkildə, dəyər itirmədən çıxa bilər: “Dolların ucuzlaşması ehtimalı yoxdur. Dollar 1,60 manata qədər gedib çıxa bilər. Bunu gözləmək lazımdır. Çünki ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini hələlik qaldırmadı. Amma prinsipcə, əvvəl-axır bu il ərzində qaldıracaq. Ona görə də yaxın aylarda dolların dünyada ciddi şəkildə bahalaşması gözlənilmir. Azərbaycanda dollar-manat nisbəti yalnız FES-in faizinə bağlı deyil. Həmçinin, Azərbaycana gələn dollarla bağlıdır. Azərbaycana gələn dollar ehtiyatı azalır. Amma yay ərzində elə böyük sürətlə azalmayacaq. Buna görə indi devalvasiya gözləmək lazım deyil. İyun, iyul, avqust aylarında devalvasiya gözlənilmir. Amma cüzi ucuzlaşma gözlənilir. Uzunmüddətli perspektivdə isə istənilən halda ucuzlaşma labüddür. Bir il ərzində dolların kəskin bahalaşması ehtimalı çox böyükdür”.
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, manatın taleyi həmişə iki əsas amildən asılı olur: “Manat dünya bazarında neftin qiymətindən və dolların dünya bazarında indeksinin səviyyəsindən asılı olur. Qonşu ölkələrdə milli valyutaların dollara qarşı ucuzlaşması istər-istəməz Azərbaycana da təsir göstərir. Son zamanlar görünən odur ki, FES-in gələcəkdə alacağı qərarlara hazırlıq məqsədilə qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi prosesi yenidən sürətlənib. Neft bazarında da qeyri-müəyyənlik qalmaqdadır. Ekspertlərin dediyinə görə, bu ilin ortalama qiyməti 45 dollar ətrafında olacaq. Bu amilləri nəzərə alaraq düşünürəm ki, manata qarşı təzyiqlər də getdikcə artacaq. Bir müddət sonra Azərbaycanda Mərkəzi Bank məcburən manatın getdikcə yumşalmasını həyata keçirməyə başlayacaq. Yay aylarına təsadüf etməsi mümkündür, amma kəskin artımların olacağını gözləmirəm. Bununla belə, manatın dəyərdən düşməsini izləyəcəyik. FES növbəti dəfə faizi qaldırana qədər bu, davam edəcək. Əgər bu, baş verəcəksə, təbii ki, yay aylarında manatın vəziyyəti yenidən acınacaqlı olacaq. Üstəlik, neftin qiymətləri də düşməyə başlasa, bu, manata olan təzyiqləri artıracaq”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda leysan olacaq

Next Post

Rusiyada faciə – Matəm elan edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiyada faciə - Matəm elan edildi

Ermənistan qarışır: Kreml Sərkisyanı aradan götürəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.