Biz ölkədə yaşayan müsəlmanların psixoloji portretlərini tərtib etməyə başlamalıyıq.
Bunu CBS telekanalına müsahibəsində ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp söyləyib. Onun sözlərinə görə, Amerikanı sağlam düşüncə ilə idarə etməyə başlamaq lazımdır:
“Digər ölkələr bunu uğurla həyata keçirirlər. Xüsusilə bu işlə İsrail daha geniş məşğul olur. Radikal islam bizim üçün real problemdir”.




