Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq təmsilçilərimiz – “Qəbələ”, “Neftçi” və “Kəpəz”in rəqibləri bəlli olub.
“Neftçi” Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab qarşılaşması ilə Maltada keçiriləcək.
“Qəbələ” Gürcüstanın “Samtrediya” klubuna, “Kəpəz” isə Moldovanın “Daçiya” klubuna rəqib olub. “Neftçi” kimi “Qəbələ” və “Kəpəz” də ilk görüşünü evdə keçirəcək.
Qeyd edək ki, ilk oyunlar iyunun 30-da, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.




