"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağdan didərgin salınan azərbaycanlılar – FOTOLAR

22 İyun 2016 - 07:52
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Dağlıq Qarabağı tərk edənlər…

BBC-nin Rus Xidmətinin saytında Bakıda məskunlaşdırılan Dağlıq Qarabağ məcburi köçkünlərindən söz açan fotoreportaj belə adlanır. Hər bir foto fikir və düşüncələrini, qayğı və ümidlərini bölüşən məcburi köçkünlərin həyat tarixçəsi ilə müşayiət olunur.
Azərtac  bildirir ki, əlli beş yaşlı Roza Nağıyeva qızı və nəvəsi ilə birlikdə Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır. 1992-ci ilin fevralında erməni silahlı dəstələrinin Xocalıda yüzlərlə dinc sakini qanına qəltan etdiyi qırğından qaçıb Bakıya gəliblər. Roza deyir ki, meşədə daldalanmalı olub, ayaqları donub. Bu hadisədən sonra beş il ayaqqabı geyinə bilməyib.

Yataqxananın qarşısında oturan bu qocalar artıq 20 ildən çoxdur ki, Bakıda yaşayırlar. Amma yenə də evlərinə, Qarabağa qayıtmaq arzusundadırlar. Səksən yaşlı Həmzə Təhməzov (ortada) deyir: “Kimi cinayət törədib həbsxanaya düşür, biz isə artıq uzun illərdir həbsxanada yaşayırıq”. Doxsan iki yaşlı Şükür Quliyev (soldan ikinci) deyir ki, yataqxanadakı bu otağı ona 1990-cı illərin əvvəlində Təhsil Nazirliyi verib: “Burada da pis deyil, yaşamaq olar, amma bütün xəyallarımız və arzularımız doğma yurdumuzla bağlıdır”.

Aida Atakişiyeva artıq 23 ildir Binəqədi rayonunda ev kirayə edir. Evindən didərgin düşəndə 27 yaşı olub. O deyir ki, ev-eşiyindən uzaqda yaşamağın ölümdən bir o qədər də fərqi yoxdur: “Uşaqlarının istədiklərini onlara verə bilməmək çox ağırdır. Hər şey yaxşı idi, amma yurdumuzdan qopub düşdük və hələ də həyatın dibindəyik”.
Xocavənddən (Ermənistanda bu şəhəri Martuni adlandırırlar) qaçanda 29 yaşlı Vüsalə Əliyevanın altı yaşı olub. O, iki övladı ilə birlikdə yaşadığı kiçicik otağı göstərir. Otaq o qədər kiçikdir ki, hərəkət etmək mümkün deyil. Dolabdakı nəm pal-paltar burada rütubətin səviyyəsindən xəbər verir. Vüsalə rütubət qoxusunu pəncərələri açıq saxlamaqla təmizləməyə çalışır. Uşaqlarını isə qonşularının evində yatırdır.

Qonşuları – İsmayılovlar ailəsi Ağdamdandır. İki oğlan övladını bir otaqda böyütməyin nə dərəcədə çətin olduğundan danışan ev sahibəsi deyir: “Qaçmaq məcburiyyətində qalanda doqquzuncu sinifdə oxuyurdum. İndi 40 yasındayam. Yır-yığışımız da, biş-düşümüz də, yaşayışımız da bu otaqdadır. Evin kişisi ilə küsüb-barışmağımızda elə bu otaqda, uşaqların gözünün qabağında olur. Böyük oğlum artıq 10 yaşındadır. Kardioloq olmaq istəyir”.

Əsgər İsmayılov da həmin yataqxanada yaşayır. Füzuli rayonundan olan məcburi köçkün çətinliklərdən danışmağı sevmir. O sual verir: “Bu barədə daha nə qədər danışmaq olar? Axı bu, kimə lazımdır?” Sonra belə şəraitdə iki uşaq böyütməyin çox ağır olduğunu əlavə edərək deyir: “Biz hər şeyimizi itirdik. Sərgərdan həyat hər şeyi məhv etdi. Uşaqlarım heç Füzulinin harada olduğunu bilməyəcəklər”.

Altmış yaşlı Vidadi Əzizov da əslən Füzulidəndir. İndi o, Rəsulzadə qəsəbəsində fəaliyyətini dayandıran sanatoriyada yaşayır. Keçmişini xatırlayan zaman köks ötürərək deyir: “Doğulduğun yer həmişə müqəddəsdir”. Vaxtilə ailəsinin özünü tam təmin etdiyini bildirən Vidadi kişi deyir: “Dükandan ancaq şəkər tozu alırdıq. Qalan hər şeyi özümüz hazırlayırdıq, hətta çörək bişirirdik. Burada isə hər şeyi itirdim. Uşaqlarım isə adət-ənənələrimizi itirdi. Ənənələrimiz, dünyaya baxışımız, hörmət-izzətimiz, məhəbbətimiz – hamısı itdi. Axı mühit məhəbbətə də təsir göstərir”.

Altmış doqquz yaşlı Xanım Talıbova üç nəvəsi ilə birlikdə Binəqədi rayonunda əməkçilərin yataqxanasında yaşayır. Oğlu və üç nəvəsilə bir yerdə yaşadığı otağı göstərən zəngilanlı məcburi köçkün deyir: “Araz çayını keçən vaxtdan 25 ildən çox ötür. Heç nəyimiz qalmayıb”. Daha sonra balalarının otağın hansı künclərində yatdığını göstərərək Zəngilandakı ikimərtəbəli evini və limon bağını xatırlayır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədən möhtəşəm qələbə – Terim şansını itirmədi

Next Post

Neft bahalaşıb, lakin bu, davamlı olmayacaq…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neft bahalaşıb, lakin bu, davamlı olmayacaq...

Şimali Koreyanın buraxdığı raketlər 150-160 km uçaraq havada partlayıblar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.