"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Manatla bağlı bədbin proqnozlar

22 İyun 2016 - 10:40
in aktual-banner, Banner, İQTİSADİYYAT, MANŞET

 Manatla bağlı bədbin proqnozlar Əkrəm Həsənov: “Mərkəzi Bank manatı tam buraxsa, 1 dollar 2 manatı keçəcək”

Manat dollar qarşısında yenidən dəyər itirməyə başlayıb. Son olaraq, Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının iyunun 21-nə rəsmi məzənnəsini 1,5240 AZN səviyyəsində müəyyən edib. Bu, gündəlik 0,20% artım deməkdir. Qeyd edək ki, iyunun 20-də rəsmi məzənnə 1,5210 AZN olub. İqtisadçı ekspertlər isə bu ucuzlaşmanın davam edəcəyini proqnoz edirlər.
 
“Aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur”. “APA-Economics” xəbər verir ki, bunu Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.
 “Neftin qiymətinin aşağı düşməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi. Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır”, – deyə prezidentin köməkçisi qeyd edib.
 
İqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında isə  bildirdi ki,  əgər bu gün Mərkəzi Bank manatı tam buraxsa, 1 dollar 2 manatı keçəcək: “Qarşıdakı bir ildə manatın kəskin ucuzlaşması qaçılmazdır. Dollar yenə də bahalaşacaq. Səbəb isə ondan ibarətdir ki, istənilən əmtəə, istənilən əmlak bazarda azdırsa, onun qiyməti qalxmalıdır. Azərbaycana da dollar az gəlir. Ona görə ki, bir tərəfdən neft ucuzlaşıb və artım gözlənilmir. Digər tərəfdən, hətta neftin qiyməti artsa belə, hasilatın həcmi düşüb, biz artıq az neft istehsal edirik. Bu tendensiyanı dəyişmək mümkün deyil. Bu baxımdan Azərbaycana az dollar gəlir və az olan şey də təbii ki, baha olur. Əgər bu gün Mərkəzi Bank manatı tam buraxsa, 1 dollar 2 manatı keçəcək. Uzağı bir ilə bu mütləq baş verəcək”.
Ekspertin sözlərinə görə, ABŞ-ın Federal Ehtiyatlar Sistemi də bu il ərzində ən azı bir dəfə uçot dərəcələrini artıracaq  və bu da  manatın məzənnəsinə təsir göstərəcək: “Buna görə də bütün dünyada dolların qiyməti artacaq. Qısa müddətli perspektivdə, yəni yaxın 3-4 ay ərzində manatın qiyməti yəqin ki, elə də çox ucuzlaşmayacaq. Lakin ucuzlaşma tədricən davam edəcək. Manatın qiymətinin son aylar bahalaşması onunla bağlı idi ki, Mərkəzi Bank banklara milli valyuta ilə kredit vermirdi, dövriyyədə milli valyutamız azalmışdı. Dollar almağa pul yox idi. Əks halda, əhalidə manat olsaydı, yenə də dollar alacaqdılar. Dövriyyədə manat kütləsi azaldığı üçün dollar almaq mümkün olmurdu. Mərkəzi Bank iqtisadiyyatın pulla təmin olunması üçün məcbur olub banklara milli valyuta ilə kreditlər verir. Yenə də o milli valyutanın bir hissəsi dollar alışına xərclənir. Buna görə də manat 1.50-dən aşağı düşmüşdü, sonra 1.51-ə çıxdı. Ehtimal edirəm ki, yaxın 2-3 ayda dolların manata olan məzənnəsi 1.55-dən  də yuxarı qalxacaq”.
 
Əkrəm Həsənovun sözlərinə görə, manatın dəyərdən düşməsində bankların yanlış valyuta siyasəti və bank sisteminə nəzarətin olmaması də rol oynayır: “Manatın bahalaşmasını şərtləndirən birinci amil neftin qiyməti və hasilatın azalmasıdır. İkinci amil bank sisteminin pis vəziyyətdə olması, milli valyutaya etimadın olmaması və bütövlükdə iqtisadi böhrandır. Hökumət bu prosesi müəyyən qədər yumşalda bilər. İlk növbədə banklara ciddi nəzarət olmalıdır ki, onlara milli valyutada verilən kreditlər dollar alışına xərclənməsin. Mərkəzi Bank banklara kredit verir ki, iqtisadiyyata burax.  Onlar isə pulu iqtisadiyyata buraxmaq əvəzinə dollar alırlar. Səbəb isə odur ki, Azərbaycanda 20 ildir ki, normal bank nəzarəti yoxdur. Banklara kredit veriləndən sonra  o kreditlərin necə xərclənməsi ilə bağlı heç bir nəzarət yoxdur. İndi isə ümid var ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bunu edə bilsin. Bu gün Azərbaycanda milli valyutamızdan ancaq dollar alışı üçün istifadə edirlər. Kimin əlində manat varsa, dərhal gedib dollar alır. Əslində isə AMB banklara verdiyi kreditlərə, banklar isə sahibkarlara verdikləri kreditlərə nəzarət etməlidirlər ki, dövriyyədə manat artacaq və milli valyutanmız nisbətən möhkəmlənəcək. Təbii ki, bunu demək asan olsa da, etmək çətindir. Çünki bankların arxasında güclü qüvvələr dayanır. Dövlət orqanları onların öhdəsindən gələ bilmir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu dəqiqə çox ağır vəziyyətdədir. Palata hələ özü formalaşır və belə böhran dövründə bankların öhdəsindən gəlmək onun üçün ağırdır.
Düzdür, indi bizdə baş verən proses vaxtilə dünyanın bir çox ölkəsində baş verib. Lakin həmin ölkələrdə bank nəzarəti olduğu üçün dollarlaşmanın qarşısı alınıb. Bizdə bank nəzarəti olmadığı üçün problem daha da böyüyür”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dollar bu gün də bahalaşdı – Rəsmi

Next Post

Bu adların qoyulmasına icazə verilməyəcək – ARAŞDIRMA

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Bu adların qoyulmasına icazə verilməyəcək - ARAŞDIRMA

Məhəmməd peyğəmbərin saqqalı oğurlandı - Türkiyədə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.