Pablo Pikassonun “Oturan qadın” tablosu (1909-cu il) Londonda keçirilən hərracda 63,4 milyon dollara satılıb.
AzVision.az `CNN`-ə istinadən xəbər verir ki, tablo kubizm stilində çəkilən ən bahalı incəsənət nümunəsi kimi tarixə düşüb.
Tabloda rəssamın sevgilisi, model Fernanda Olivye əks olunub.
Xatırladaq ki, daha əvvəl kubizm üslubunda çəkilən Jozef Fernan Lejenin “Mavi geyimdə xanım” əsəri 39,2 milyon dollara satılmışdı.





