“Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq”.
`RİA Novosti` xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.
Jirnovskinin sözlərinə görə, perspektivdə Türkiyə NATO-nun üzvlüyündən çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq: “Rusiyaya Türkiyə ilə münasibətlər çox sərfəli olduğu kimi, Türkiyəyə də Rusiya ilə münasibətlər sərfəlidir”.
Rusiyalı siyasətçi vurğulayıb ki, Rusiya-Türkiyəyə münasibətlərini tam həcmdə bərpa etmək vacibdir.




