ABŞ dövlət katibi Con Kerri ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığında tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının indiki mərhələsi və prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini müzakirə ediblər.




