Rusiyada Türkiyəyə turpaket satışına qoyulan məhdudiyyətlər ləğv edilib.
Bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, hökumətə iki ölkə arasında çarter reyslərinin bərpa edilməsi məsələləri ilə məşğul olmaq tapşırılıb. Bundan əlavə, Rusiya Nazirlər Kabineti Türkiyə tərəfi ilə iki ölkə arasında xarici iqtisadi əlaqələrə dair danışıqlar aparmalıdır.
Fərman dərc edildiyi gündən qüvvəyə minəcək.




