
Avropa Birliyi İraq və Suriyadan gələn qaçqınların yerləşdirilməsinə görə Türkiyəyə ödəniləcək maddi təzminatın ödənilməsi prosesini sürətləndirir.
Elchi.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə Avropa Birliyi komissiyası Türkiyə ödəniləcək pulun 2 milyard dollarlıq hissəsinin iyul ayının sonuna qədər verilməsini planlaşdırır.
Bu barədə Avropa Birliyi ölkələri və və Türkiyənin qatıldığı Brüsseldə keçirilən toplantıda prosesin sürətləndirilməsi qərarı alınıb.
Qeyd olunur ki, bu ana qədər Suriyalı qaçqınlarına dəstək məqsədilə nəzərdə tutulan yardım fondundan 740 milyon avro artıq Türkiyənın hesabına köçürülüb.
Veriləcək maddi dəstək Türkiyə hökuməti tərəfindən qaçqınların səhiyyə, təhsil, qida və digər ehtiyaclarının ödənilməsi üçün istifadə ediləcək.



