
“DəmirBank”ın dəmirini niyə əritmək istəyirlər?
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə banklar ilə bağlı olaraq analiz işini yekunlaşdırıb.
Ölkə.Az mərkəzin məlumatına əsasən xəbər verir ki, 2016-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 23235 xəbər yerləşdirilib – bu xəbərlrədən 10800 xəbərdə konkret bank adı çəkilib: 10515-i neytral, 285-i isə mənfi xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”: DəmirBank (63 xəbər – Dəmirbank maxinasiyalari: dələduzluq etmək istəyən bu banka gəlsin), Unibank Kommersiya Bankı (40 xəbər – Unibankın intihar üsulu: insanlar banka görə ölümə hazırlaşır – şok), Zaminbank (30 xəbər – Zamin Bankda müdhiş dələduzluq).
|
1970 xəbər |
|
840 xəbər |
|
512 xəbər |
|
458 xəbər |
|
456 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1952 xəbər dərc edilib – 565 xəbərdə konkret bankın adı hallanıb.
Bu xəbərlərdən 562 xəbər neytral, 3-ü isə mənfi xəbərdir. DəmirBank (1 xəbər – Dəmirbank əmanətçilərin şikayətlərini təmin etmir), TuranBank (1 xəbər – Turanbankın yalan vədləri), Unibank Kommersiya Bankı (1 xəbər – Ölü bankların sayı artır) mənfi xəbərlər arasında liderdir.
Xəbər sayına görə sıralama:
|
176 xəbər |
|
48 xəbər |
|
30 xəbər |
|
28 xəbər |
|
22 xəbər |
İyun ayında televiziya kanallarında banklar haqqında 419 neytral xəbər göstərilib – 46 xəbərdə hər hansı bankın adı çəkilib.
Xəbər sayına görə sıralama:
|
15 xəbər |
|
8 xəbər |
|
6 xəbər |
|
3 xəbər |
|
3 xəbər |
İyun ayında radio kanallarında banklar haqqında xəbər səslənməyib.



