"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Hava limanını parladan Əhməd Çatayevi İvanişvili hakimiyyəti həbsdən buraxıb”

01 İyul 2016 - 14:32
in aktual-banner, Banner

Saakaşvili İstanbul terrorunda Gürcüstanı ittiham etdi


“Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyəti həbsdən buraxıb”.

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

 

Bunu Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Atatürk hava limanında hücumda şübhəli bilinən, əslən Çeçenistandan olan Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub.

“Mən Gürcüstanda hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Əhməd Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı da dünyasını dəyişmişdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişərkən, rəhbər vəzifəsinə rusiyalı oliqarx Bidzina İvanişvili keçəndə, yeni hökumət bir çoxları kimi onu da siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxmışdı. Mən o zaman hələ də prezident idim və onun azadlığa buraxılmasına etiraz etdim. Lakin prokurorluq bu etirazı ləğv etdi. İndi o, çoxlu günahsızın ölümünə səbəb oldu”, – Mixail Saakaşvili yazıb.

Saakaşvili qeyd edib ki, hücum ərəfəsində onun 10 yaşlı oğlu da aeroportun terminalında olub. Odur ki, qubernator həmin faciədə ölən və yaralananların acısını anlayır.

Xatırladaq ki, iyunun 28-də Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. Üç kamikadze hava limanına əllərində “Kalaşnikov” avtomatı ilə daxil olublar. Onlar qarşılarına çıxanları güllələyiblər, daha sonra üzərlərinə bağladıqları bombanı partladıblar.

Hadisə nəticəsində 44 insanın öldüyü, 239-a yaxın insanın isə yaralandığı deyilir.

Bu ana qədər terror hadisəsi ilə bağlı 13 nəfər saxlanılıb. Onlardan 9-nun türk, üçünün isə əcnəbi olduğu deyilir. (Ans)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

”Oğlumu stola bağlayıb, toka veriblər”

Next Post

Maşın bazarı qəsdən yandırılıb?

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

Maşın bazarı qəsdən yandırılıb?

Çexiya prezidenti ölkənin Aİ və NATO-dan çıxması üzrə referendum təklif etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.