Yəhudi yazıçı və ictimai xadim, Holokostun canlı şahidi Eli Vizel 87 yaşında vəfat edib.
Bu barədə `Yad Vaşem` Holokost tarixi Xatirə kompleksinin `Twitter`dəki mikrobloqunda məlumat yerləşdirilib.
`Osvensim` və `Buhenvald` əsir düşərgələrində duqtaq həyatı yaşamış Vizel Holokost barədə təşviqatla məşğul olub, `Gecə` romanının dərcindən sonra bütün dünyada məşhurlaşıb. Həmin əsərdə İkinci Dünya müharibəsi illərində yəhudilərin kütləvi qırğınından bəhs edilir.
Yazıçı bir çox mükafatlara, o cümlədən ABŞ Konqresinin Qızıl medalına və 1986-cı ilin Nobel süılh mükafatına layiq görülüb.




