"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyadan Türkiyəyə turist axını: aviareyslər çatdırmır

05 İyul 2016 - 19:47
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Aviaşirkətlər çarter üçün lazımı qədər təyyarə tapmaqda çətinlik çəkir. Türkiyəyə istirahətə getmək istəyən ruslar təyyarə reyslərinin çatışmazlığı problemi ilə üzləşirlər.

Türkiyə ilə Rusiya arasında yaranmış böhranın aradan qaldırılması istiqamətində görülən işlər ən çox aviaşirkətlərin və turizmçilərin işinə yarayıb. Belə ki, Rusiya vətəndaşları hər şeyə rəğmən yay tətillərini yenidən Türkiyənin istirahət guşələrində keçirmək qərarına gəliblər.

Rusiya prezidenti Vladimir Putin
Putin əmr verdi: “Türkiyəyə qarşı tətbiq olunmuş sanksiyalar aradan qaldırılsın!”

Amma aviareyslərin çatışmazlığı çox sayda rus turisti Türkiyədəki yay əyləncəsindən məhrum edəcək. Rusiya Turoperatorlar Assosiasiyası (RTA) bəyan edib ki, Türkiyəyə istirahətə getmək istəyən Rusiya vətəndaşları çarter reyslərinin çatışmazlığı problemi ilə üzləşirlər.

Sputnik “Vedomosti”-yə istinadla xəbər verir ki, iyunun 30-da Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin düzəlməsinə yönəlik fərman verib. Bu fərmanla iki məhdudiyyət — Türkiyəyə turlar təşkil etməkdən çəkinmək və çarter aviadaşımaların qadağan edilməsi aradan qaldırılıb.

“Əlbəttə ki, aviauçuşlarla bağlı problemlər olacaq. Çünki bir çox aviaşirkətlər böhran səbəbindən uçuşları ixtisara salıb” — deyə RTA-nın vitse-prezidenti Dmitri Qorin bildirib.

“Turistik uçuşlar cədvəlində problem onsuz da Prezidentin göstərişindən əvvəl yaranmışdı. Öz növbəsində iri aviasiya daşıyıcısı olan “Transaero”nun bazardan çıxması da ümumi vəziyyətə təsir göstərib”, — Qorin əlavə edib.

Vitse-prezidentin sözlərinə görə, kütləvi çarter reysləri avqustdan tez açılmayacaq: “O cür reyslərin açılması üçün “Rosaviasiya”nın icazəsi tələb olunur. Həmçinin bu bazarın bütün oyunçuları praktiki olaraq eyni vaxtda müraciətlər əsasında nizamlama işlərini yerinə yetirməlidirlər”.

“Mövsümün ən qaynar vaxtında (iyun-avqust) Türkiyəni ayda 700 000 rus turist ziyarət edirdi. Hazırda bu rəqəm bir qədər aşağı olacaq. Kütləvi çarterlər yəqin ki, avqustda açılacaq. “Rosaviasiya”dan çarterlərə icazə almaq üçün aviaşirkətlər onların texniki imkanlarının olduğunu sübut etməlidir və yay proqramlarını dəyişdirməlidir”, deyən Qorinin dediyinə görə, “Rosaviasiya” hazırda Türkiyəyə uçuşla bağlı bütün müraciətləri araşdırır.

“Rosaviasiya”dan isə bildiriblər ki, artıq bir çox aviaşirkətlərin reyslərindəki gecikmələr qeydə alınıb. Uçuş qrafiklərinin formalaşdırılmasına baxmayaraq, sərnişin daşıyan aviaşirkətlər vəziyyətdən çıxacaqlarına söz veriblər. Onlar bildiriblər ki, reyslərə əlavə təyyarələr buraxacaqlar, ya da populyar olmayan istiqamətlərdə uçan çarterləri təxirə salaraq Türkiyə istiqamətinə yönləndirəcəklər.

İlham Əliyev BƏƏ-nin tolerantlıq üzrə dövlət nazirini qəbul edib
“Azərbaycana gələn ərəb turistlərin sayı get-gedə artır”

Bununla belə, heç də aviaşirkətlərin hamısı çarter üçün lazımı qədər təyyarə tapacaqlarından əmin deyil. “Biz hazırda ardıcıl reyslərlə Soçi və Simferopola, əsas çarterlərlə isə Tunis, Yunanıstan, Bolqarıstan istiqamətlərinə uçuruq. 2014-cü ilin yayından etibarən hər bir istiqamətdə uçuşlar 24-dən 10-na qədər azalıb. Buna görə də Türkiyə ilə bağlı nəsə etmək çətin olacaq. Bütün reyslərə çoxlu bilet satılıb. Yayın sonuna qədər bütün biletlər axıra qədər satılacaq”, — “Şimal küləyi” (Nord Wind) aviaşirkətinin top-menecerlərindən biri “Vedomosti”yə açıqlamasında deyib.

“Şimal küləyi” Türkiyə və Misir çarterlərinin ixtisara salınmasına qədər bu bazarın ən böyük aviadaşıyıcısı hesab olunurdu. Top-menecerin sözlərinə görə, Türkiyə istiqamətində uçuşlar həmişə Rusiya aviaşirkətlərinə böyük qazanc gətirib. Çünki ikitərəfli uçuşlara bilet satışı əksər hallarda 100% olub ki, bu da şübhəsiz şirkətin gəlirlərinə müsbət təsir göstərib.

“Bizim 8 laynerimizdən ikisi daimi reysləri həyata keçirir. Onların cədvəlləri dəyişmir. Amma biz Türkiyəyə reysləri təmin edə bilərik. Artıq bir sıra çarter istiqamətlərini (məsələn, Krasnoyarskdan Yunanıstan və Kiprə) aşağı tələbat səbəbindən ixtisara salmışıq. Biz daha bir neçə çarteri də Türkiyə istiqamətinə yönləndirə bilərik. Türkiyəyə çarter aviadaşımalarına qoyulan məhdudiyyətin aradan qaldırılmasından sonra ora ciddi turist axınının olacağı gözlənilir” — deyə “İkar” aviaşirkətinin baş direktor müavini Dmitri Zotin bildirib.

“Azur air”in nümayəndəsi isə qeyd edib ki, onların uçuş proqramı artıq formalaşıb: “Bununla belə, biz Türkiyəyə çarter daşımalarına başlamağa hazırıq. İlk olaraq biz Türkiyənin beş şəhərinə uçacağıq. Tələbatları nəzərə alaraq, avqustda həmin istiqamətə uçuşları artıracağıq”.

O əlavə edib ki, ötən il aviaşirkət Rusiyanın 23 şəhərindən Türkiyəyə uçuşlar təşkil edirdi. Şirkət nümayəndəsi bu il həmin intensivliklə uçuşları praktiki baxımdan bərpa etməyin mümkün olmadığını da vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dövlət qoruğunda çətənə plantasiyası aşkarlandı

Next Post

Lavrovun İrəvandan Bakıya niyə gəlmədi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Lavrovun İrəvandan Bakıya niyə gəlmədi

Azərbaycan Monteneqroya kredit ayırmayacaq - Rəsmi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.