"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mübariz Mənsimovun hədələrinə YAP-dan cavab gəldi

06 İyul 2016 - 08:22
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Mübariz Mənsimovun hədələrinə YAP-dan cavab gəldi

Aydın Mirzəzadə: “Qoy sizin bu yazı ona bir çağırış olsun”; Mehman Əliyev: “Eldar Mahmudovun çox adamla yaxın əlaqələrinin olması…”

Son günlərdə Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov medianın gündəminə gəlib. Yazılar onun müflis olması, İŞİD terror qruplaşması ilə əlaqələrinin olması barədədir. M.Mənsimovun adı İŞİD-lə neft biznesində hallanır. 
“Mənsimovun vurulması” ətrafında iddialar sırasında məhz sabiq milli-təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrinə görə müflisləşdirildiyi deyilir.
M.Mənsimovun barəsində yayılmış xəbərlərlə bağlı ANS-in Türkiyə bürosuna verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər onu yenidən gündəmə gətirib. İş adamı dünyanı bürüyən krizis böhranının şirkətindən yan keçmədiyini təsdiqləyərək, ona və biznesinə qarşı bəzi azərbaycanlı məmurların “qara piar” kampaniyası apardıqlarını bildirib: “ Gözəl bilirəm bunlar kimlərdi… Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynəlxalq media resurslarla onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm. Sözsüz ki, mən belə çirkin oyunlar oynamıram, amma hər şeyin də bir həddi var. Mənim 4 uşağım var və bu gün qızım məndən qara piarda yazılanlar haqqında soruşanda mən məyus oluram, bilmirəm nə cavab verim. Belə vicdansızlıq olmaz”.
İŞİD-lə əlaqələrinin olması barədə yayılan xəbərlərə də münasibət bildirən M. Mənsimov bunların cəfəngiyyat olduğunu qeyd edib.
 
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə “Palmali” rəhbərinin azərbaycanlı məmurlar barədə dediklərinə belə aydınlıq gətirib: “Mübariz Mənsimov Azərbaycanın xaricdə tanınan nüfuzlu iş adamlarından biridir. Həm biznes fəaliyyəti, həm də ölkəmizin xaricdə təmsilçiliyi baxımından gördüyü işlərin əhəmiyyəti böyükdür. Onun vaxtaşırı vətənpərvər çıxışlarının, addımlarının şahidi oluruq. Onun bir qədər emosional açıqlamasını şəxsi saxlayıram. Hesab edirəm ki, o, öz məsələlərini şəxsi həll etmək və dostları ilə yenidən dost olmaq bacarığındadır. Müəyyən bir müddətdən sonra onun heç bir probleminin olmaması ilə bağlı yəqin ki, açıqlamasını eşidəcəyik. Biz ona uğurlar arzulayırıq. Onun fəaliyyəti Azərbaycan xalqının potensialını göstərir. Ölkəmizə verdiyi töhfələr kifayət qədərdir. Dünya mediasını bu işə cəlb etməklə bağlı fikirlərinə gəlincə, eləcə də, bu medialar vasitəsilə Azərbaycanın təbliği istiqamətində geniş imkanlarının olduğunu nəzərə alaraq, bildirirəm ki, qoy sizin bu yazı ona bir çağırış olsun. Sonuncu bəyanatını emosional olması ilə əlaqələndirirəm. Ona yönəlik İŞİD-lə bağlı ittihamlar çox ciddi ittihamlardır. Belə ittihamları harada gəldi, necə gəldi səsləndirmək düzgün deyil. Əgər səsləndirilirsə, mütləq əsaslandırılmalıdır. İŞİD bu gün dünyanın təhlükəsidir. Bəşəriyyət bundan əziyyət çəkir. İŞİD-ə dəstək vermək qeyri-insanlığa dəstək vermək deməkdir. Bu qədər müsbət işlər görən bir insanın İŞİD-lə əlaqələrinin olması inandırıcı görünmür. Amma istənilən halda, Mübariz Mənsimov nüfuzlu şəxsdir. Bu baxımdan o, öz adını qorumaq iqtidarında olan şəxsdir”.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iş adamının hədəf seçildiyi  ilə bağlı iddialarına belə münasibət bildirib: “Türkiyə və Rusiya böhran vəziyyətdədirlər. Əlbəttə, bu baxımdan Mənsimovun biznesi də böhran yaşaya bilər. Bu birbaşa ona aid ola bilməz. Kimsə onun haqqında nəsə yaza bilər. Bunların içərisində onun rəqiblərinin də olması mümkündür. Bir-birinə bağlı məsələlərdir. Amma bunları kiminsə etməsini əminliklə söyləmək çətindir. Eldar Mahmudovun çox adamla yaxın əlaqələrinin olması barədə xəbərlər var. Onunla əlaqəsinin olması adı altında hakimiyyət Mənsimovun nəyini vursun? Onsuz da onun biznesinin əsas hissəsi Bakıda deyil. Rusiya, Türkiyə kimi dövlətlərdədir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan Monteneqroya kredit ayırmayacaq – Rəsmi

Next Post

Obama Klintonu seçdi: `Prezident olmasını istəyirəm`

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Obama Klintonu seçdi: `Prezident olmasını istəyirəm`

Putinin imzaladığı qanun bəyənilməyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.