"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

RƏZALƏT: Bakıda açıq qadın bazarı: Müştəri üstündə dava, qiymət sövdələşməsi… – FOTO, AUDİO

08 İyul 2016 - 01:14
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Fahişəlik qədim peşə sahələrindən, tarixi daha da qədimlərə çatan peşələrdən biridir. Zaman-zaman fahişəlik olub və belə görünür ki, bundan sonra da olacaq. Bəzən sosial problemlərdən, bəzən ailədaxili vəziyyətdən, psixoloji problemlərdən doğan bu hal artıq şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən “kafelər”in də işini yüngülləşdirib, gəlirinə rəng qatıb.

Belə ki, əvvəllər hansısa küçələrdə, körpü altlarında, meşəlik ərazilərdə dayanan, səyyar müştəri qəbulu ilə məşğul olan fahişələr artıq kafe adı altında fəaliyyət göstərən obyektlərdə müştəri qəbuluna başlayıblar. Bununla bağlı aidiyyəti strukturlar mübarizə aparsalar da, görünür, bu da yetərli olmayıb.

Suraxanı rayonu Günəşli qəsəbəsi ərazisində yerləşən “Araz” kafe də bu qəbildən olan obyektlərdən biridir. Redaksiyamıza daxil olan informasiya əsasında adıçəkilən əraziyə getdik. Əraziyə yenicə çatmışdıq ki, qadınların elə döngəni dönərkən üzərimizə gəlməsinin şahidi olduq. Xanımlar 1 saatlıq görüş müqabilində qiymətlərin 30-40 AZN civarında, bir gecəlik görüşün 100 AZN civarında olduğunu bildirdilər. Obyektdəki otaqlarda görüşməyə gəldikdə isə, bunun üçün obyektə 15-20 AZN ödədiklərini dedilər. Hətta obyektə daxil olmadan belə otaqlarda çarpayıların olduğunu görmək mümkün idi. Xanımlar o qədər acgözcəsinə adamın üzərinə gəlirdilər ki, bir az da ehtiyatlandıq. Söhbət və “sövdələşmə” əsasında xanımlar hətta görüşmək üçün bir-birləri ilə əlbəyaxa da oldular.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, zəngimizə cavab verilmədi. Bununla bağlı Cebhe. info-ya danışan “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev qeyd edilən faktla bağlı rəhbərlik etdiyi təşkilat tərəfindən araşdırmaya aparılacağını və məsələ qaldırılacağını bildirib:

“Əxlaqsızlıq yuvaları saxlamaq birbaşa olaraq məsuliyyət yaradır. Ancaq Cinayət Məcəlləsində fahişəliklə məşğul olmaq heç bir məsuliyyət törətmir. Bunun özü da qanundakı boşluqdur. Bu kimi obyektlərin fəaliyyət göstərməsi və belə hallar insan alverini doğuran səbəb və şərait kimi qəbul olunur. Bu, DİN Baş İnsan Alveri ilə Mübarizə İdarəsinin birbaşa səlahiyyətində olan məsələdir. Bu kimi obyektlərin fəaliyyət göstərməsi ictimai mənəviyyata, əxlaqlarının pozulmasına ciddi təsir göstərir. Bunlar insan alveri üçün zəmin yaradan faktorlardır.

İnzibati Xətalar Məcəlləsində fahişəliklə məşğul olmaq inzibati tənbeh yaradır, amma Cinayət Məcəlləsində fahişəliklə məşğul olmaq cinayət məsuliyyəti yaratmır. Yəni, məşğul olmaq qadağan edilmir, amma belə obyektləri saxlamaq qadağan edilir. Belə çıxır ki, biz fahişəliklə məşğul olmağı qadağan etməliyik”.

Həmin ərazidə belə bir obyektin fəaliyyət göstərməsindən demək olar ki, minlərlə insanın məlumatı var, belə bir halda polisin bundan məlumatının olmaması inandırıcı deyil. “Belə olduğu halda qarşısı niyə alınmır” sualına cavab verən Ş.Hacıyev deyib:

“Camaatın bundan xəbəri ola bilər. Amma burada vətəndaş mövqeyi məsələsi var. Niyə vətəndaşlar seyrçi mövqeyindən yanaşmalıdır? Konstitusiyada vətəndaşın hüquqları, vəzifələri ehtiva edilir. Niyə vətəndaş ictimaiyyətin mənəviyyatına pis təsir edən halların olması ilə bağlı özlərində cəsarət tapıb müvafiq orqanlara məlumat vermirlər? İctimaiyyətin də, vətəndaşların da dəstəyi olmalıdır. Hər bir obyektin, binanın qarşısında polis məntəqəsi yaratmaq, polisin orda dayanıb nəzarət etməsi də mümkün deyil axı. Polisdə həmin məlumat ola bilər. Polisdə məlumat ola bilər ki, həmin obyektdə fahişələr fəaliyyəti göstərirlər. Amma onlara məlumat veriləndə polisin əlində həmin obyektə baxış keçirmək, əməliyyat aparmaq üçün əsas olur. Həm də gərək fakt öz təsdiqini tapsın. Polis gedib orda adi stol və stullar görəcəksə, o zaman məlum məsələdir, polis nə etməlidir? Mən bu imkanlardan istifadə edib səslənmək istəyirəm ki, belə hallarla mübarizə tək hüquq-mühafizə orqanlarının işi deyil, həm də bu məsələdə vətəndaş mövqeyi olmalıdır, vətəndaşlar da kömək olmalıdırlar. Onlar belə halların qarşısının alınmasında aktib iştirak etsinlər, dərhal belə hallar gördükdə aidiyyəti strukturlara məlumat versinlər.

Bütün dünyada belədir. Korrupsiya ilə mübarizədə, insan alverinin qarşısının alınmasında vətəndaşlar yaxından iştirak edirlər. Son zamanlar hiss edirəm ki, vətəndaşın mövqeyi çox zəifləyib. Vətəndaşın polisə köməyi, hüquq- mühafizə orqanları ilə əməkdaşlığı azalıb. Ölkə başçısı ictimai polislərin yaradılması ilə bağlı fərman imzalayıb. Bu fərmanın da qayəsi, məramı insanlar arasında sovet təfəkkürünü parçalamaq idi ki, polisə məlumat versəm, adımı xəbərçi qoyarlar. Ona görə yaradıldı ki, vətəndaşlar polislə qarşılıqlı əməkdaşlıq edə bilsinlər. Bu gün vətəndaşlar çox sayıq olmalıdır. Beynəlxalq aləmdə terrorizmin tüğyan etdiyi dönəmdə vətəndaşlar sayıq olmalıdır. Terror həm insan alveri ilə, həm narkobizneslə, həm ekstremizmlə, dini radikalizmlə birbaşa əlaqəlidir. İnsan alverinin özü də bilavasitə terrorizmdir. Azərbaycanda bu gün partlayışlar olmur, terrorlar olmur, amma çox yaxın Türkiyədə demək olar, hər gün terror baş verir. Biz “məndən ötdü qardaşıma dəydi” prinsipi ilə yaşayırıq. Onun dalğası bizdən yan keçə bilməz”.

Həmsöhbətimiz “Əgər vətəndaşlar polislə əməkdaşlıq etmirsə, məlumat ötürmürsə, bu polislərə belə hallara səthi yanaşmağa əsas verimi” sualına da cavab verib:

“Polis haqqında” Qanunda göstərilir ki, polis istənilən cinayət xarakterli, şübhə doğuran halların qarşısını almaq və zərərsizləşdirmək istiqamətində fəaliyyət göstərməlidir. Əgər polisə məlumat verilərsə, o zaman Nardarandakı kimi heç bir məhkəmə qərarı olmadan həmin əraziyə əməliyyat təşkil edə bilərlər. Əgər məlumat daxil olmasa, o zaman məsələ qismən də olsa çətinləşir. Belə hallarda inanmıram ki, İnsan Alveri üzrə Baş İdarə seyrçi mövqeyində qalsın. Çünki onlar belə hallarla bağlı ciddi məşğuldurlar.

Çünki onların özü də hesabat hazırlayarkən belə halların olmamasını göstərmələri özlərinə “minusdur”. Ona görə də belə halların qarşısının alınmasında maraqlıdırlar. “Polisə dəstək” İctimai Birliyi olaraq biz də Daxili İşlər Nazirliyinə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət ünvanlayacağıq və məsələ qaldıracağıq ki, dərhal araşdırılsın. Jurnalist olaraq məsələni araşdırmağınız da olduqca vacibdir. Bu, həm vətəndaş, həm də peşə məsuliyyətidir”.

Əhməd Haralı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qəbələ” və “Kəpəz” Avroliqada növbəti mərhələdə

Next Post

Ermənilərin yaydığı məlumat dezinformasiyadır`- Müdafiə Nazirliyi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənilərin yaydığı məlumat dezinformasiyadır`- Müdafiə Nazirliyi

NTV Spor ''Kəpəz''i erməni klubu kimi təqdim edib - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.